Gündəm

Deputatımız milyonları min-bir ZƏHMƏTLƏ qazanır - İDDİA

 

Mumtv.az: - Xərçəng, onkologiya, "rak” sözlərinin özü hətta insanlarda dəhşətli qorxu, xof, vahimə yaradır. Hətta sözlərin özü...
Bu sözlər, ümidsizlik, həyatın sonu ilə demək olar ki, eynidir.
Amma Azərbaycanda bu vahiməli xəstəlikdən milyonlar qazanan, ailəsinə təmtəraqlı həyat yaşadanlar da var.
Belələrindən biri, deyərdik ki, birincisi, millət vəkili, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini Kəmaləddin Qafarovdur.
Mən tam əminəm ki, Kəmaləddin kimilərin uşaqlığı çox travmalı keçib. Yoxsa, insan bu qədər qəddar,zalım ola bilməz.
Biz demirik ki, pul qazanmasın, varlı olmasın. Olsun. Ancaq bunlarınkı bakılılar demişkən, alayı bir şeydir.
Digər tərəfdən Azərbaycanda kifayət qədər savadlı, təcrübəli tibb alimlərimiz olduğu halda bu üzümçünü kim gətirib Milli Onkologiya Mərkəzinin ( MOM ) Baş direktor müavini qoyub. Bu üzümçünü kim iki çağırış deputat qoyub.
Axı, deyirk ki, bu adam Naxçıvan Universitetinin üzümçülük fakültəsini güc-bəla ilə bitirib. Həm də axı universitetdə tərəvəzçilik, üzümçülük fakültəsi necə ola bilər ?
Bu fakültələr əsasən Aqrar Akademiyalarda olur.
Əczaçılıq şirkətində dərman satan bu adam hansı ağlına, qabiliyyətinə görə, bu vəzifələrə irəli çəkilib ?
Kimdir buna "krışalıq” edən ?
Bu adamın "surat”ına diqqətlə baxın. Bu adam özü onkoloji şişdir, özü də bəd xassəli.
Bu adamın rəhbər olduğu mərkəzdə hətta onkoloji xəstəlik şübhəsilə ilk müayinə üçün gələnlərdən 500 manat, kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə verilməsi 20 manat, kimyaterapiya 300 manat, kimyaterapiyadan öncəki müayinlər 60-100 manat (hər 21 gündən bir), 28 seanslıq şüa 1000 manat, pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, qeydiyyat, bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat), yeri gəldi-gəlmədi əlavə analizlər, biopsiyalar pullu, xəstə ölənə qədər soyğunçuluq…
Baxmayaraq ki, MOM-a dövlət büdcəsindən hər il on milyonlarla manat ayrılır.
Bu adam insanların həyatı üzərindən özünə ağılagəlməz biznes şəbəkəsi qurub. İnşallah bir gün dağılar.
Qafarovun ailə şirkətlərinin başında "AZƏRİ MED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ gəlir.
Niyə ən başında?
Çünki "Azəri Med” onun baş direktor müavini olduğu mərkəzin şübhəli tenderlərində aktiv tərəfdaşdır. Bu həmin şirkətdir ki, onkoloji xəstələrin dərisini şişindən çıxaran, dərmanından bintinədək gərəkli bütün ehtiyacları xəstələrin özlərinə qarşılatdıran Milli Onkologiya Mərkəzi dövlətin on milyonlarla manat vəsaitini tibbi sifarişlər adı altında bu şirkətə yönəldir. Təkcə 2019-cu ilin fevralın 19-da MOM və "AzərMED” arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub.
Təsəvvür edirsiniz, dövlətin vəsaitini öz şirkətinə köçürür.
Bundan əlavə Qafarovun apreklər şəbəkəsi,
Sonra "VERSAL PALACE” şadlıq evi.
Sonra… sonra…Saymaqla bitən deyil.
Sən saydığını say, Kəmaləddin Qafarov, görək fələk nə sayır… //gundelik-baku.com//

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər