Gündəm

“Bu zaman da qeyri-qanuni münasibətlər, rüşvət və korrupsiya halları yaranır” - ekspert

 

 
Mumtv.az: - İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. İclasın gündəliyində 14 məsələ olub. Deputatlar gündəliklə yanaşı, cari məsələlərlə bağlı da çıxışlar ediblər və bir sıra problemlər diqqətə çatdırılıb. Əsasən, əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı müzakirələr aparılıb, tənqidlər səsləndirilib.

Deputat Sabir Rüstəmxanlı əlillərə daha asan xidmət göstərilməsi ilə bağlı təklif verib:

"Rayonlarda, elə Bakının özündə də əlillik dərəcələrinin müəyyənləşdirilməsi üçün lazım olan sənəd və məlumatlar elektron qaydada göndərilir. Rayon xəstəxanalarında isə bu işi görə bilən əməkdaş çox azdır. Bir xəstə üçün bu məlumatların cədvələ doldurulması bəzən saatlarla vaxt alır. İnsanlar xeyli vaxt itirir. Sənəd gec gedir, işçilər çox vaxt yeni olduğuna görə, sənəd düzgün doldurulmur. Süründürməçilik yaranır. Bu işi bilən adamlar hazırlanmalıdır”.

Ölkəmizdə illədir ki, əlillik dərəcəsinə dair müzakirələr davam edir. Lakin məsələ tam şəkildə həllini tapmaq bilmir. Təəssüf ki, bu sahədə rüşvət, süründürməçilik hallarına çox rast gəlirik. Xüsusilə, əlil olan şəxslərin əlillik dərəcəsinin düzgün təyin edilməməsi ən çox qarşılaşdığımız haldır.

İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında əlillik meyarlarının düzgün təyin edilməsinə dair fikirlərini bildirib:

"Bu məsələ ilə bağlı kifayət qədər problemin olduğu illərdir ki, deyilir. Zaman-zaman vətəndaşların da ciddi narazılıqları olub. Yeni təklif olunan qaydalar tam aydın və şəffaf deyil. Məlum deyil ki, bu məsələni necə həll edəcəklər və faiz dərəcələrinin müəyyənləşdirilməsinə kim qərar verəcək. Faktiki olaraq yeni dəyişikliklərdə insan faktoru önə çıxır.

Azərbaycanda əngəlli insanlar və əlillik dərəcələri ilə bağlı elə bir sistem qurulmalıdır ki, insan faktoru olmadan uşaqlıqdan əlillik dərəcəsi alana qədər şəffaf şəkildə bütün xəstəlik prosedurlarının elektron qaydada qeydiyyatdan keçirilməsi olsun”.

İqtisadçı qeyd edib ki, əngəlli olan hər bir vətəndaşın elektron kabineti yaradılmalıdır:

"Onlar hansı ölkədə olursa olsunlar, həkimlərə müraciət etdikdə orada qeydiyyatlar aparılmalı və ona uyğun olaraq dərəcələr müəyyənləşdirilməlidir. Bir sözlə, insanların iştirakı olmadan ancaq elektron qaydada hazırlanmış sənədlər hesabına əlillik dərəcəsinin verilməsi ilə bağlı qərar verilməlidir.

Təəssüf ki, ölkəmizdə əsas problem insan faktorunun önə çıxmasıdır. Yəni qərarları müxtəlif səbəblərə görə insanlar verir və bu zaman da qeyri-qanuni münasibətlər, rüşvət və korrupsiya halları yaranır”.//dia.az

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər