Gündəm

İki kəndin su problemi həll edildi

 

Mum.az: - Azərsu ASC tərəfindən Hacıqabul rayonunun Qızılburun və Qarasu kəndlərində içməli su layihələri həyata keçirilib.

Qurumdan verilən məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Azərsu Açıq Səhmdar Cəmiyyəti kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Hacıqabul rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Qızılburun və Qarasu kəndlərində Azərsu Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.

Hacıqabul rayonunun Qızılburun kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Vaxtilə kəndin bir hissəsinə Kür-Bakı magistral kəmərindən su verilib. Lakin mərkəzləşdirlilmiş su şəbəkəsi olmadığından sakinlər fərdi çəkilmiş xətlərdən istifadə edib. Tikinti qaydalarına və texniki normalara cavab verməyən, bəzi hallarda bir neçə həyətyanı sahədən keçən xətlərlə sudan normal qaydada istifadə etmək mümkün olmurdu. Bəzi hallarda sakinlər içməli suyu maşınlarla almaq məcburiyyətində qalırdı.

Kür-Bakı magistral kəmərindən qidalanan Qarasu kəndində də mərkəzləşdirilmiş paylayıcı şəbəkənin olmaması, fərdi xətlərin isə yararsız vəziyyətə düşməsi kəndin su təminatında ciddi çətinliklər yaradırdı.

Bütün bunlar nəzərə alınaraq Azərsu ASC tərəfindən Qızılburun və Qarasu kəndlərində içməli su layihələri həyata keçirilib. Qızılburun kəndinin mövcud su təchizatı sisteminin yenidən qurulması məqsədi ilə Kür-Bakı su kəmərindən 3 km magistral su xətti çəkilib, 13 km kənddaxili paylayıcı şəbəkə qurulub və 250-dək ünvana birləşmə verilib. Növbəti mərhələdə hər abunəçi sayğacla təmin olunacaq.

Qarasu kəndində icra olunan layihəyə əsasən kənddə 3 km magistral su kəməri, 27 km payılayıcı su şəbəkələrinin tikintisi planlaşdırılıb. Yeni yaradılan şəbəkədən 470 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq.

Bu layihələr hesabına Qarasu və Qızılburun kəndlərinin 4 mindən çox sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.//axar.az


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər