Gündəm

Köçəryan Paşinyanı məhkəməyə verir

 

 
Mumtv.az: - Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rəhbərlik etdiyi "Hayastan” blokunun ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bəyan edib.
Robert Köçəryanın başçılıq etdiyi seçki alyansında səsvermə nəticələrinin mübahisəli olduğunu və etimad doğurmadığını düşünürlər. Onların fikrincə, səsvermənin ilkin nəticələri Ermənistanın ictimai həyatında son 8 ay ərzində müşahidə olunan proseslərə ziddir.

- Kütləvi qanun pozuntularının olduğunu düşünürük. İnzibati resurslardan istifadəsinin şahidi olduq və bu səbəbdən seçki nəticələrinə etiraz etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəyik, - deyə Köçəryan seçkilərin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Keçmiş prezident həmçinin əlavə edib ki, hazırda nə onun, nə də rəhbərlik etdiyi blok üzvlərinin deputat mandatından imtina etmək fikri yoxdur.

Xatırladaq ki, Ermənistanda iyunun 20-də keçirilən parlament seçkilərində 21 partiya və 4 blok iştirak edirdi. Yekin nəticələrə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası 53,92 faiz səslə qalib oldu. Robert Köçəryanın "Hayastan" bloku isə 21,64 faiz səs qazandı.
Yeni seçilmiş parlamentdə hökuməti Nikol Paşinyan quracaq. Bundan sonra Ermənistanın yeni Milli Məclisində Vətəndaş Müqaviləsi Partiyası, "Hayastan" bloku təmsil olunacaq. 5,23 faiz səs qazanmış, lakin bloklar üçün nəzərdə tutulan 7 faizlik həddi aşmayan Artur Vanetsyanın başçılıq etdiyi blok da mandat alacaq.
Ermənistan qanunlarına əsasən, səsvermə nəticəsində yalnız iki siyasi qüvvə parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs qazanarsa, üçüncü, daha çox səs qazanmış, siyasi qüvvəyə də parlamentdə təmsil olunmaq haqqı verilir.//dia.az

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər