Gündəm

BAXCP sədri: “Cəlaloğlu isə hər keçən gün ciddiliyini daha çox itirir”

 

Mumtv.az: - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Xalqcebhesi.az saytının suallarını cavablandırıb:

- Qüdrət bəy, dünən Sərdar Cəlaloğlu Elman Nəsirovla debat zamanı sizi nə zamansa Türkiyəni Rusiyadan üzr istəməyə çağırmaqda günahlandırıb. Onun bu iddiasını necə izag edərdiniz?

- Əksər insanlar yaşlaşdıqca müdrikləşir, o isə hər keçən gün ciddiliyini daha çox itirir. Ağ yalan danışmaqdan utanmayan bu böhtançı yəqin ki,1995-ci ilin noyabrında Türkiyə F-16-nın 17 saniyə ərzində Türkiyə sərhədlərini pozaraq təqribən 2 km Türkiyə ərazisinə daxil olmuş Rusiyanın SU-24 təyyarəsini vurmasına mənim o zaman sərgilədiyim münasibətə görə belə sərsəm açıqlama verib.Türkiyə Rusiyaya buna görə sonradan üzürxahlıq edib kompensasiya ödəsə də mən belə bir çağırışla heç vaxt çıxış etməmişdim. Sadəcə söyləmişdim ki, Türkiyə və Rusiyanın həyati mənafeləri tələb edir ki, əməkdaşlıq etsinlər. Ona görə də münasibətlərə ciddi ziyan vuran hərbi təyyarənin vurulmasının yalnış qərar olduğunu söyləmişdim. Zaman mənim nə qədər haqlı olduğumu sübut etdi. Onu da söyləmişdim ki, Türkiyə qardaş ölkə kimi Rusiya ilə münasibətlərini qurarkən mütləq Qarabağın işğal altında olmasını və Azərbaycanı nəzərə almalıdır. Onu da zaman zaman söyləyirdim ki, Türkiyə Qarabağın işğalını öz torpaqlarının işğalı kimi qəbul edib Rusiya ilə bu istiqamətdə birbaşa danışıqlar aparmalıdır. Azərbaycan hökumətinə isə çağırış edirdim ki, Paşinyan hakimiyyətə gələndən sonra torpaqlarımızı işğaldan azad etməyimiz üçün unikal şans yaranıb. Rusiya ilə danışmalı,Qərbdən asılı olmayan, müstəqil və cəsarətli siyasəti ilə Türkiyənin regionda və dünyada maraqlarını qətiyyətlə qoruyan, milli maraqları hər şeydən üstün tutan Ərdoğanın hakimiyyətdə olmasından istifadə edib torpaqlarımızı işğaldan azad etməliyik. Hər kəs çox da uzaq olmayan həmin dövrün mətbuatına təkrar nəzər yetirməklə buna əmin ola bilər.

- İranda keçirilən president seçkisinin nəticəsinə - İbrahim Rəisinin Prezident seçilməsinə münasibətiniz necədir?

- İranda ölkənin daxili və xarici siyasətini İranın Ali Dini rəhbəri müəyyən etdiyindən Prezident daha çox həmin siyasətin icrası ilə məşğul olur. İran çalışır ki,Azərbaycana münasibətdə daha çox Rusiya ilə sinxronlaşdırılmış xarici siyasət yürütsün. Hazırda Rusiya ilə münasibətlərimiz yüksək səviyyədə olduğundan, Türkiyə ilə müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanandan sonra narahatlıq üçün əsas yoxdur. Azərbaycan Respublikasının Prezidenti Türkiyə və Rusiya Prezidentləri ilə yanaşı İbrahim Rəisini ilk təbrik edənlərdən biri oldu. Biz hər zaman İranla dostluq və əməkdaşlıq siyasətinə sadiq olmuşuq. Ümid edirəm hər iki ölkənin rəhbərliyi və siyasi elitası İranda 30 milyon azərbaycanlı türkün yaşamasını, qonşu olmağımızı, eyni dini dəyərləri bölüşməyimizi, tarixi,mədəni, humanitar, iqtisadi əlaqələrimizi nəzərə alıb, daha sıx əməkdaşlıq edəcəkdir. İbrahim Rəisini prezident seçilməsi münasibətilə təbrik edir, işlərində uğurlar diləyirəm.//Teleqraf.com


Son xəbərlər

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

Bütün xəbərlər