Gündəm

Talıbovdan Şimali Koreya ƏNƏNƏSİ...
Ötən gün "Şərq qapısı” qəzetinin sabiq Baş redaktoru Tural Səfərovun Naxçıvana çağırılaraq həbs olunması barədə yaydığımız xəbər jurnalistin əməkdaşlıq etdiyi Moderator.az tərəfindən də təsdiqlənib.

MUMtv.az  Ovqat.com-a  istinadən xəbər verir ki, Moderator.az jurnalistin həyat yoldaşına istinadən yaydığı məlumatda Tural Səfərovun artıq 4 ay müddətində azadlıqdan məhrum edildiyi bildirilir.

Məlumatda deyilir:

Ötən gün jurnalist Tural Səfərovun Naxçıvana çağrılaraq həbs olunması barədə həyat yoldaşından aldığımız xəbərə inanmaq istəmədik. Bəlli oldu ki, ötən ay Naxçıvana gedib qayıtdıqdan sonra yazdığı hansısa fb statusuna görə onu Naxçıvanda məhkəməyə veriblər və T. Səfərov bundan çox gec xəbər tutub.

Talıbovdan Şimali Koreya ƏNƏNƏSİ...

1. Bildiriş göndərilməyib.

2. Sən demə, 21.05.2021 ci ildə məhkəməyə şikayət olunub.

3. 25.05.2021- ci ildə hazırlıq iclası və baxış iclası olub (iki iclas) , 27.05 2021 – ci ildə növbəti baxış iclası olub. Ancaq bunların heç birindən T. Səfərovun xəbəri olmayıb.

4. Turala iyunun ikisində telefon zəngi ilə deyilib ki, məhkəməyə gəlin. O, isə Bakıda yaşadığı ünvanı deyib və bildirişi tələb edib (hətta elektron formada da ola bilər deyib).İyunun 10- da isə deyilib ki, göndərə bilmərik. Özun gəl burdan götür. Ancaq T. Səfərov bilet tapa bilmədiyi üçün gedə bilməyib.

5. İyunun 14 isə Naxçıvandan zəng ediblər ki, polis gəlib sizi zorla aparacaq. Bileti də online formada özləri təşkil ediblər. İyunun 15-i üçün

6. Ayın 16-sı özü məhkəməyə gedib ittiham ərizəsini almaq üçün. Heç nə demədən həbs ediblər. Bütün hər şeyi əvvəlcədən sənədləşdiriblər, amma özünə və yaxınlarına verməyiblər.

7. Bu gün məhkəmədə ittiham ərizəsini veriblər oxuyub.

8. Cinayət Məcəlləsinin 147.1 maddəsilə dövlət məmurunu təhqir etdiyini deyiblər və barəsində məhkəmənin hökmü ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bütün bunlar T. Səfərovun xanımından dəqiqləşdirə bildiyimiz məlumatlardır.

Qeyd edək ki, 2017-ci ilə qədər Naxçıvanda müxtəlif vəzifələrdə çalışan T. Səfərov işlədiyi "Şərq Qapısı" qəzetinin baş redaktorluğundan ayrılaraq Bakıya gəlib. T. Səfərov "Azərxalça" ASC -nin əvvəlcə mətbuat katibi, sonra isə həm də İdarə heyəti sədrinin müşaviri olub.

Bir ay öncə qurumdakı işindən ayrılan T. Səfərov Moderator.az-la əməkdaşlıq etmək istədiyini bildirib və bir neçə müəllif yazısı ilə çıxış edib. Həmin yazılarda naxçıvanı, oradakı rəhbərliyin fəaliyyətini əməlli-başlı tərifləməyi də unutmayıb. Amma Moderator.az-la əməkdaşlığı uzun sürməyib. Baxmayaraq ki, onunla müqavilə bağlanaraq rəhbər vəzifə tutması da təklif olunub, o, təklifə Naxçıvana gedib döndükdən sonra cavab verəcəyini bildirərək möhlət istəyib. Mayın 14-də Ramazan bayramı münasibətilə valideynlərini ziyarət etmək üçün Naxçıvanda olub və qayıtdıqdan sonra özünə başqa iş axtarmaq istədiyini bildirib.

İstənilən halda biz Tural Səfərovu istedadlı bir jurnalist kimi tanıyırıq və ona qarşı baş verənləri anlamaqda çətinlik çəkirik. Yazdığı hansısa fb statusuna görə bir jurnalistin apar-topar həbs edilərək həbsxanaya atılmasının bizə və ictimaiyyətə bəlli olmayan səbəbləri barədə yəqin ki, gec-tez vəkili vasitəsilə məlumatlar əldə edəcəyik.

Mövzunu diqqətdə saxlayacağıq və həm həmkarlarımızdan, həm hüquq müdafiəçilərindən, həm də müvafiq dövlət qurumlarından məsələnin diqqətdə saxlanılmasını xahiş edirik.

Yeri gəlmişkən, bu gün 18 iyun - Ümumdünya İnsan Hüquqları günüdür. Belə bir gündə jurnalistin həbs edilməsi çox uğursuz bir təsadüf də hesab oluna bilər...

Xatırladaq ki, ötən gün Ovqat.com-un əldə etdiyi məlumata görə, Tural Səfərovu 2017-ci ildə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması xəbərini "Şərq qapısı” qəzetinin manşetindən verdiyinin qisasını almaq üçün göz altına alıblar. Həbsin bəhanəsi isə bir müddət əvvəl onun Naxçıvan aeroportu barədə yazdığı tənqidi status olub.

Son xəbərlər

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Bütün xəbərlər