Gündəm

Şəhid ailəsi
"Kristal Abşeron” MTK şəhid ailəsini çıxılmaz vəziyyətə qoyub. Belə ki, Teymur Əzizov şəhid olandan sonra, ailə evin aylıq ödənişini, faizləri vermək vəziyyətində deyil. Şirkət isə, heç bir güzəşt etmək istəmir.

Bu barədə Yenicag.az-a şəhid Əzizov Teymur Əli oğlunun anası Əzizova Lyubov Vyaçeslavovna məlumat verib.

Şəhid anası bildirib ki, 2018-ci ildə şəhid Əzizov Teymur Əli oğlu Sumqayıt şəhər, 10-cu mikrorayonda "Kristal Abşeron” MTK-nın tikdiyi binadan ev alıb. Evin qiyməti 195 min manat dəyərində olub. İlkin ödəniş 31 min 500 manat olub, 22 ay isə aylıq 2725 manat aylıq ödəniş ediblər. Oktyabr ayına qədər, yəni Teymur Əzizovun şəhid olmasına qədər evin ödənişlərində heç bir çətinlik olmayıb. Teymur Əzizovun aylıq qazancı 1500 manatdan çox olub, həyat yoldaşının isə kiçik biznesi olub. Beləcə ailə evin ödənişlərini vaxtlı-vaxtında ödəyiblər. Teymur Əzizov şəhid olduqdan sonra ailə "Kristal Abşeron”a aylıq ödəniş etmə gücündə olmayıb.

Ödənişi edə bilməmələri barədə "Kristal Abşeron”a rəsmi məktubla müraciət edən ailə şirkətdən onlara köməklik göstərilməsini xahiş edib.

Vətəndaşın yazılı müraciətinə ən geci 1 ay müddətinə cavab verilməsilə bağlı prezidentin də göstərişi olmağına baxmayaraq, "Kristal Abşeron” artıq 9 aydır ki, ailənin müraciətinə cavab verməyib.

Şəhidin anası müraciətlərinə cavab ala bilmədiklərini gördükdə Prezident Administrasiyası və Nazirlər Kabinetinə də müraciət ünvanlayıb, lakin oradan da heç bir cavab gəlməyib.

Şəhidin anası Əzizova Lyubov Vyaçeslavovna milliyətcə rusdur. Yaşadıqları çətinliklə bağlı çarəsizlikdən Rusiya prezidenti Vladimir Putinə də müraciət edəcəklərini deyib.

Şəhid ailəsi öncə YAŞAT fondunda olub, daha sonra məsələ ilə bağlı "Kristal Abşeron” MTK-nın Sumqayıt filialının təsisçisi Əliağa adlı şəxslə görüşüblər. Həmin şəxs bildirib ki, "Kristal Abşeron”un direktoru Məhayət Nəbiyev onlara heç bir güzəştin edilməyəcəyini söyləyib.

Əliağa adlı şəxs Məhayət Nəbiyevin sözlərini bu şəkildə çatdırıb:

"Bizə yuxarı instansiyalardan göstəriş verilib ki, heç bir şəhid ailəsinə köməklik etməsinlər. Biz lazımi qədər YAŞAT fonduna pulumuzu ödəyirik. Bu səbəbdən də əlavə güzəştlərdən söhbət gedə bilməz”.

Əzizova Lyubov həmin şəxsə bildirib ki, əgər güzəşt edilmirsə, məktuba rəsmi cavab verilsin. Şirkət isə cavabında, "Sizə 20 min manat köməklik edirik, ancaq məktubu verməyəcəyik”, – deyib. Şəhid ailəsi bununla razı olmayıb. Çünki faizlərdən əlavə, 8 ay pul ödənmədiyi üçün 5 800 manat cərimə yazılıb. MTK-dan bildirilib ki, arayışı verəcəkləri təqdirdə, nəzərdə tutulan 20 min manat güzəşt ləğv ediləcək. Ailə isə məktuba rəsmi cavab verilməsini tələb edir.

Şəhidin anası Lyubov Əzizova bildirib ki, şirkətin onlarla rəftarı yolverilməzdir:

"Şirkət bizimlə kobud şəkildə danışdığı üçün gəlinim qorxuya düşüb. 5 yaşlı nəvəmi hazırlığa aparmağa da qorxur. Oğlum döyüşlərə yollanmamış gəlinim hamilə idi. Əkiz uşaqları olacaqdı. Ancaq bu stresslərdən yaxın günlərdə uşaqlar da ana bətnində öldü".

Əzizova Lyubov və şəhidin həyat yoldaşı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbuluna yazılıb. Onları icra başçısının birinci müavini Teymur Səmədov qəbul edib. Teymur Səmədov "Kristal Abşeron” MTK-nın özəl şirkət olduğu üçün onlardan yalnız xahiş edə biləcəklərini deyib. Ailənin yanında şirkət rəhbərliyi ilə telefonda danışan icra başçısının birinci müavini məsələni şirkətə çatdırıb, RİH adından şəhid ailəsinə köməklik göstərilməsini xahiş edib. Şirkətdən isə bildirilib ki, danışıqlar aparılır. Ancaq konkret cavab verilməyib.

Şəhid ailəsi ilə söhbət zamanı bildirdilər ki, onlar evin bağışlanılmasını istəmirlər. Teymur Əzizov şəhid olmazdan öncə yüksək maaş alıb. Ona görə də, rahat şəkildə evin pulunu ödəyiblər. İndi isə onu ödəmək imkanları yoxdur. Onların tək istəyi cərimənin və faizin götürülməsidir.

Çıxılmaz vəziyyətdə qalan ailə ölkə rəhbərliyindən kömək istəyir.

Qeyd edək ki, "Kristal Abşeron” MTK-nın sahibi millət vəkili Ağalar Vəliyevdir. Əgər bir millət vəkili şəhid ailəsinə güzəşt etmirsə, onun hansı milləti təmsil etdiyi sual altındadır. Ümumiyyətlə, "Kristal Abşeron” MTK barədə saysız-hesabsız şikayətlər var. Ancaq şirkətin rəhbəri Ağalar Vəliyevin toxunulmazlığı, şirkəti də toxunulmaz edir.

Ümid edirik ki, məsələ öz həllini tapacaq və şəhid ailəsinin problemi həll ediləcək.

Son xəbərlər

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Nazir Bayandura `DAYAN, DUR` deyəcəkmi? - İLGİNC

Binəqədidə neft boru kəmərinin üstündə obyekt inşa olunur, RİH başçısı bu cür qanusuzluğa göz yumur- SƏBƏB? - FOTOFAKTLAR

Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - SİYAHI

Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

AYNA yığdığı cərimələrlə rəhbərliyin maaşını artırır? - Natiq Cəfərlidən sensasion iddialar

Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA

Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir"

Çörəkdən uzaq durun - 1 ildə 10 yaş qocaldır

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Ədalət Vəliyevin işçisi bu dairədən namizəd olur? – YAP-ın idarə heyətinin üzvü olan namizəd isə….

“İsa Bulağı“nda bir stəkan çay 32 manatdır?

Kolleclərə ixtisas seçimi başladı

Bu işçilərin mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşdi

Paşinyan yenidən Azərbaycanla sərhəddə gedəcək

Amerikalılar uşaq sahibi olmaq istəmirlər - ARAŞDIRMA

"Sülh sazişinin vaxtıdır" - ABŞ səfirliyi

Sabirabad rayonunda "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ermənistan Türkiyə ilə quru sərhədini açmaq istəyir

Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Bu xəstəlikdən dünyada ilk ölüm halı qeydə alındı

Qarın yağları demans və Parkinson xəstəliyi riskini artırır

Bakıda rəsmən AAYDA İŞGƏNCƏSİ… – yolları iflic duruma salmaları bir yana…

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verildi

Partiyalar seçki kampaniyasına nə qədər vəsait ayıracaqlar? – SORĞU

Ziya Məmmədovun qardaşı gərginliyi Bakıya “gətirdi”-Özünü müxalifətdən ayırdı, amma…

Ayaq barmaqlarınızın forması sizin kim olduğunuzdan xəbər verir - FOTOLAR

Dərini günəş ləkələrindən qorumağın 7 yolu

"Yazdığım cavablar həminki deyildi, dəyişdirilmişdi" - Müəllimlərin etirazları davam edir // VİDEO

Bütün xəbərlər