mumtv.az
mumtv.az

Gəncədə QƏRİBƏ OLAY: - İH Əhməd Cavadın xatirə lövhəsini İTİRİB?

Gəncədə QƏRİBƏ OLAY: - İH Əhməd Cavadın xatirə lövhəsini İTİRİB?
7-06-2021, 11:46 56 dəfə baxılıb

Gəncədə QƏRİBƏ OLAY:
İstiqlal şairi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti ev 495 ünvanında yerləşən binanın fasadına vurulan xatirə lövhəsi 4 ildir yoxa çıxıb.

Bu barədə Kult.az-a Əhməd Cavadın nəticəsi Cavad Axundzadə məlumat verib. Məlumatda bildirilir ki, şairin yaşadığı binaya vurulan xatirə lövhəsi 2017-ci ildə təmir zamanı götürülüb, bir daha yerinə qaytarılmayıb.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-in mətbuat katibi Vüsal Balayev açıqlamasında bildirib ki, icra başçısına bu barədə məruzə edilib:

"Rəhbərliyin tapşırığı ilə Əhməd Cavada məxsus lövhənin harda olması araşdırılır. Əvvəlki lövhə tapılmadığı təqdirdə yeni lövhənin hazırlanmasına başlanılacaq və yaxın zamanda həmin lövhə əvvəlki yerinə qoyulacaq”, - mətbuat katibi bildirib.

Gəncədə QƏRİBƏ OLAY:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA