Gündəm

Beyləqan hərbi komissarlığında

MUMtv.az: - 44 günlük müharibə ordumuzun qüdrəti, igidlərimizin dəyanəti, şücaəti ilə bərabər, bəzi dövlət qurumlarının, həmçinin məmurların vəzifə fəaliyyətinə də ayna tutmuş oldu.

Belə ki, 44 günlük müharibənin saxta simasını aşkara çıxardığı dövlət qurumlarından biri də yerli Hərbi Komissarlıqlar idi.

Hansı ki, ixtiyarı olmadığı halda, rüşvət yolu ilə imkanlı şəxslərin övladlarını müharibədən yayındırıb, əvəzində maddi durumu zəif olan, müharibəyə yararsız, bir evin 2-3 oğlunu birdən, hətta xəstə ata-ananın yeganə övladını belə müharibəyə göndərdi.

Bu cür ölkənin, xalqın ağır günündən belə yararlanan nankor, xain məmurlardan bəziləri də Beyləqan rayon Hərbi Komissarlığında özlərinə "taxt-tac" qurub, "əbədi mənzil" kimi əyləşiblər.

DogruXeber.az İnformasiya agentliyinin redaksiyasına bir qrup Beyləqan rayon sakinləri tərəfindən Rayon Hərbi Komissarlığı barəsində məlumatları əks etdirən məktub daxil olmuşdur.

Daxil olan məktubda deyilir:

"Şəhid valideyinlərinin narazılıqlarını nəzərə alaraq, sizə bildirmək istəyirik.

Beyləqan şəhəri Ş.H.X.Ç.D.X - nin Beyləqan şəhər şöbəsinin rəisi Məmmədov Əlsafa Musa oğlu, uzun illər qardaşı məhbus həyatı yaşamağına baxmayaraq bugünkü gündə rəhbər vəzifədə çalışır və buna baxmayaraq 44 günlük 2-ci Qarabağ müharibəsi gedən zaman etdiyi haqsızlıqlara şəhid valideyinləri dözə bilmir.

Belə ki, Əlsafa Məmmədov 44 günlük 2-ci Qarabağ müharibəsi dövründə 7-10 min AZN arası nəğd pul alaraq, səfərbərliyə cəlb olunan çağırışçıları xidmətdən yayındırıb.

Yığılan pullara isə öz şəxsi biznesinin inkişafını artırmaqla məşğuldur.

Şəhid valideyinlərinin şikayət və narazılığını nəzərə alaraq bu haqda tədbir görməyinizi sizdən xahiş edirik."

Biz də bir neçə sakin tərəfindən redaksiyamıza ünvanlanmış bu məktubu dərc etmədən öncə, vəzifə borcumuzu yerinə yetirib, qarşı tərəfin də məsələ barədə fikrini öyrənmək istədik.

Odur ki, adı korrupsiyada hallanan Əlsafa Məmmədov ilə telefon əlaqəsi saxladıq. Özümüzü təqdim edib, redaksiyamıza daxil olan məktub barədə qısa məlumat verib, fikrini soruşmuşduq ki, Əlsafa müəllim:

"Ə... Sən kimsən ki, araşdırma aparırsan!?" - deyib, telefonu üzümüzə qapatdı.

Doğrusu bu boyda kobud davranışı dövlət məmuruna qondura bilmədik deyə, düşündük bəlkə əlaqə kəsilmiş olar.

Odur ki, yenidən Əlsafa Məmmədov ilə telefon əlaqəsi saxladıq. Telefona cavab verərkən soruşduq ki:

- "Əlsafa müəllim, əlaqə kəsildi, ya özünüz söndürdünüz?"

Əlsafa müəllim:

- "Özüm "adboy" verdim." - deyə cavab verdi.

Bu zaman biz Ə.Məmmədovun diqqətinə çatdırdıq ki, redaksiyamızda bütün telefon danışıqları qeydə alınır.

Sonra yenidən məsələyə münasibətini soruşduq.

Ə. Məmmədov cavab verdi ki:

- "Mən telefonda məlumat verə bilmərəm."

Hansı formada cavab verə biləcəyini soruşduq.

Ə.Məmmədov çox aqressiv şəkildə:

- "Heç cürə. Mənim mövqeyim odur ki, məlumat yalandır. Sən araşdıran orqan deyilsən. Lazım olan orqanlar özü araşdırmalıdır. Mən heç nə deyə bilmərəm. Gedin rəhbərliyə verin suallarınızı."

(Rayon Hərbi Komissarlığının rəisi "rəhbərlik" deyərkən kimi nəzərdə tutduğunu deyəsən heç özü də bilmirdi.

Və özü də bilmədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətini birbaşa ittiham etdiyinin fərqində deyildi.)

Biz:

- "Rəhbərlik deyərkən kimi nəzərdə tutursunuz?" Sualımıza Ə. Məmmədov:

- "Siz özünüz yaxşı bilirsiniz" - cavabını verib, yenidən telefonu qapatdı.

P.S: Sözügedən şəxs Əlsafa Məmmədov haqqında internet üzərindən kiçik araşdırma apardığımız zaman belə bir məlumata da rast gəldik ki, "gününün böyük hissəsini kabinetində işçilərlə kompüter müxtəlif oyunlar oynamaqla keçirən Ə.Məmmədov Xidmət rəisi Arzu Rəhimovla yaxın olduğunu deyir."

Bu da ehtimal verir ki, Ə.Məmmədov "rəhbərlik" deyərkən elə. A.Rəhimovu nəzərdə tuturmuş.

Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


 


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər