Gündəm

Tanınmış jurnalist müəmmalı şəkildə itgin düşüb

 

MUMtv.az: - DogruXeber.az İnformasiya Agentliyinin redaksiyasına yaxınları tərəfindən verilən məlumata görə, tanınmış şair, jurnalist, hüquqşünas Raqif Nazimoğlu 2 iyun 2021-ci il tarixində günorta saatlarından itkindir.

O, ən son Ağsu Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovla görüşüb və bir yerdə olub. Həmin gün axşam saatlarında ailəsi ilə əlaqə saxlayan Raqif Nazimoğlu bildirib ki, o "Bandotdel” kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

O, həmçinin bildirib ki, onu Səfər Məmmədovun sifarişi ilə İdarəyə gətiriblər və izahat verdikdən sonra 3-4 saat ərzində oradan buraxılacaq.

Həmin saatdan, hazırki tarixədək Raqif Nazimoğlu barəsində onun ailə üzvləri nə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, nə də Səfər Məmmədovdan hər hansı səhih məlumat ala bilməyib.

Raqif Nazimoğlunun ailə üzvləri onun hüquqlarının müdafiəsini həyata keçirmək məqsədilə vəkillə müqavilə bağlayıblar. Raqif Nazimoğlunun vəkili Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yaxınlaşıb Raqif Nazimoğlu ilə görüşmək istədiyini bildirsə də, vəkilə və Raqif Nazimoğlunun ailə üzvlərinə əvvəlcə Raqif Nazimoğlunun idarədə olmadığı bildirilib. Sonradan onun İdarədə olduğu və görüş üçün şərait yaradılacağı bildirilsə də, bir müddət sonra yenidən bildirilib ki, Raqif Nazimoğlu İdarədə deyil. Vəkil və Raqif Nazimoğlunun ailə üzvləri idarənin qarşısında 12 saatdan çox gözləsələr də, İdarənin əməkdaşları onlara Raqif Nazimoğlu ilə bağlı dolğun məlumat verməyib və əksinə hər dəfə bir-birinə zidd məlumatlar verməklə, onlara qarşı kobud rəftar ediblər.

Vəkil tərəfindən Ombudsman Aparatına, Azərbaycan Respublikasının Baş Prokurorluğunun qaynar xəttinə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, eləcə də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına sözügedən hadisə ilə bağlı məlumat verilsə də, hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Raqif Nazimoğlunun İdarədə olması faktını təsdiqləmir və vəkilinin onunla görüşməsinə şərait yaratmır.

Əlavə olaraq bildiririk ki, Raqif Nazimoğlu 1 may 1957-ci ildə anadan olub və hazırda 64 yaşı var. Baş nahiyəsindən cərrahiyyə əməliyyatı keçirmiş Raqif Nazimoğlunun səhhətində ciddi problemlər var. Onun ailə üzvləri Raqif Nazimoğlunun sağlamlığı ilə bağlı narahatlıq keçirirlər və 48 saatdan artıqdır ki, onun barəsində heç bir məlumat ala bilmirlər.

P.S: Redaksiyamıza daxil olan məlimatla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ilə telefon əlaqəsi saxladıq.
Nazirlikdən bizə bildirdilər ki, Raqif Nazimoğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində deyil.
İtgin düşən şəxsin yaxınları tərəfindən DİN-nin 102 xidmətinə məlumat verilməli olduğunu qeyd etdilər.

DogruXeber.az

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər