Gündəm

Sabiqlərin taladıqları milyonların aqibəti...
MUMtv.az: - Azərbaycanda uzun müddət vəzifədə olan, hər zaman haqqında çıxan xəbərlərlə, verdiyi açıqlamalarla gündəm yaradan məmurlar uzun müddətdir səssizliyi pozmurlar. Cəmiyyətdə korrupsioner və oliqarx kimi fenomenə çevrilən bu şəxslər hər nə qədər sabiq statusu qazansalar da, insanlara onların hazırkı həyatı da maraqlı gəlir.

Vəzifədən çıxarıldıqdan sonra da adı medianın gündəmindən düşməyən sabiqlərdən biri keçmiş nəqliyyat naziri Ziya Məmmədovdur. O, işdən çıxarılandan sonra müxtəlif obrazlarla, maraqlı açıqlamalarla gündəmə gəldi. Sabiq nazir gah şeir yazdı, gah namaz qılıb ibadət etməsi ilə bağlı açıqlama verdi. Onun bu açıqlamaları hər dəfə böyük səs-küyə, müzakirəyə səbəb oldu.

Qeyd edək ki, ölkənin ən varlı oliqarxlarından biri olmuş Ziya Məmmədov 2017-ci ildə postunu itirib, onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilmiş korrupsiya əməlləri ilə bağlı araşdırmalar yenilənib. Son olaraq isə Ucar rayonunda kənd təsərrüfatı ilə məşğul olduğunu, bir fermer həyatı yaşadığını bildirmişdi: "Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab Prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm”.

Bundan başqa, Ziya Məmmədovun oğlu Anar Məmmədovla birlikdə gah Koronavirusla Mübarizə Fonduna, gah Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməsi ilə bağlı da xəbərlər mətbuatda gedir.

Ziya Məmmədovun məşhur qudası, keçmiş kənd təsərrüfatı naziri, hazırda Dəniz Akademiyasının rektoru olan Heydər Əsədov da zamanında gündəmi az məşğul etmədi. Onun mülkləri ilə bağlı materiallar zaman-zaman mətbuatda yayılır. Axar.az yazır ki, Heydər Əsədovun Rəsulzadə qəsəbəsindəki villalarından biri 5 mərtəbəlidir. İddiaya görə, tikintisi 6 milyon manata başa gələn bu villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Sabiq nazirin "Milyonerlər məhəlləsi”ndəki 3 mərtəbəli digər villasının isə 2 milyona başa gəldiyi qeyd edilir. Bundan başqa, Heydər Əsədovun Londonda xeyli mülkü və bahalı avtomobilləri olan Asif Əsədzadə adlı oğlu bir müddət əvvəl xarici mətbuatda London küçələrində Azərbaycana məxsus 90 HO 505 dövlət nömrə nişanlı "Porşe” markalı avtomobillə şütüməsi ilə gündəmə gəlmişdi. Heydər Əsədovun hazırda harada olması və "nə işlə məşğul olması” ilə bağlı ətraflı məlumatı isə blogger Mehman Hüseynov üzə çıxartmışdı. Onun araşdırmasına görə, 3 ildir Dəniz Akademiyasını təmir etdirən və tender maxinasiyaları ilə milyonlarla manatı mənimsəyən Heydər Əsədov milyonlarla dolları övladlarının əlləri ilə ölkədən çıxarır. Onun üç övladı var: Vaqif, Asif və Fəridə. Hər üç övladı bizneslə məşğuldu. Hər üç övladı dəbdəbəli həyat yaşayır. Hər üç övladının xarici vətəndaşlığı var. Heydər Əsədov da Bakıda dəbdəbəli həyat yaşayır.

İllər öncə vəzifədən çıxarılan, lakin törətdiyi əməllərlə təkrar-təkrar gündəmə gələnlərdən biri də "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovdur. O son olaraq baldızı oğulları ilə öz oğlu Elnar Əsgərov arasındakı qalmaqalla gündəmə gəlmişdi. Musavat.com-un yazdığına görə, A.Əsgərovun baldızı oğulları Rahib və Emin Hüseynov qardaşları bir neçə ildir həbsdədir.

Ortaya çıxan fakt isə odur ki, Hüseynov qardaşlarından Rahib məhkəməsi davam edən ərəfədə ona vəkillik edən qadınla evlənib. Rəsmi nikah bağladıqdan sonra əmlaklarını onun adına keçirib. Sonra isə həmin qadın tərəfindən dələduzluğa məruz qalıb. Qeyd edək ki, Arif Əsgərov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri olanda onun oğlu Elnar Əsgərov xarici ölkələrdən mal gətirərək atasının rəhbərlik etdiyi bu quruma satırmış. Xaricdən alınan mal QSC-yə dəyərindən 5-6 dəfə baha satılaraq dövlət büdcəsindən milyonlarla manat silinib. Elnar Əsgərov bu biznesini böyütmək üçün ayrı-ayrı şəxslərdən pul alaraq onları da bu işə şərik edib. Uzun illər bu sistemlə milyonlar qazanıblar. Amma sonradan işlər elə gətirib ki, alınan pullar geri qaytarılmayıb və pul sahibləri şikayətlər edib.

Bu zaman Elnar Əsgərov pulları özünün yox, xalasının oğulları Emin və Rahib tərəfindən ələ keçirildiyini deyib. Qardaşlar ortaya konkret faktlar qoysalar da, Hüseynov qardaşları dələduzluq və mənimsəmə ittihamları ilə həbs ediliblər. Elnar Əsgərov isə məhkəmədə yalnız şahid kimi ifadə verərək xalasının oğlanlarını günahkar göstərib. Qardaşlara ikinci zərbəni isə vəkil qadın vurub.

Göründüyü kimi, korrupsioner məmurlar və onların övladları istər vəzifə müddətində, istərsə də vəzifəsini itirdikdən sonra heç vaxt müsbət bir informasiya ilə, normal bir əməllə gündəmə gəlmir, həmişə adları müxtəlif qalmaqallarda, qara işlərdə çəkilir.

Barəsində tez-tez müxtəlif xəbərlər yayılan sabiqlərdən biri də uzun illər vergilər naziri vəzifəsində işləmiş Fazil Məmmədovdur. Onun səsi gah bahalı xəstəxanalardan gəlir, gah da adı hansısa imarətdə kef içində yaşaması barədə xəbərlərdə hallanır. Son bilgilərə görə, F.Məmmədov səksəkə içində yaşayır. Belə ki, Fazil Məmmədova yaxınlığı ilə seçilən şəxslərin barəsində araşdırma aparılması sabiq nazir üçün böyük başağrısına çevrilib. Söhbət Londonda gizlənərək, Azərbaycanda hüquq-mühafizə orqanlarından qaçan "ATABank”ın rəhbəri Qafar Qurbanovun qaranlıq əməllərindən gedir. Fazil Məmmədovun büdcədən mənimsədiyi milyonların xaricə çıxarılmasında Qafar Qurbanovun xüsusi rolu olduğu bilinməkdədir. Səlim Müslümovun həbsindən sonra Fazil Məmmədovun da qandallanacağı deyilir. Sabiq nazirin əlbirlərindən olan Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun həbsindən sonra bu təhlükənin daha da artdığı deyilir. Düzdür, indiyədək mediada F.Məmmədovla Alimpaşanın münasibətlərinin pisləşdiyi haqda yazılar dərc olunub. Amma deyilənlərə görə, bu, bir teatrdır. F.Məmmədov "vurulduqdan” sonra guya Alimpaşa Məmmədovla arasının dəydi xəbərləri bilərkdən yayılıb. İddialara görə, bu hiyləgərlik hər iki şəxsin özlərini və əmlaklarını qorumağa xidmət edirmiş.

Fazil Məmmədovun uzun illər qurduğu və sahibkarların qəniminə çevrilən korrupsiya şəbəkəsinin əsas idarəedicisi, hətta nazir işdən çıxarılandan sonra da onun mülklərini, biznesini idarə edən "sağ əli” Alimpaşa Məmmədovun həbsi F.Məmmədovun da Şəmkirdən birbaşa həbsxanaya gedən yolunu aça bilər. Çünki həbs olunan icra başçısı nazirin bütün sirlərinə vaqifdir və istintaqda müəyyən xal qazana bilmək üçün Fazil Məmmədovu sata da bilər.

Mövzunu davam etdirəcəyik...
"Yeni Müsavat”

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər