Gündəm


Parlamentin bugünkü iclasında deputatlar Qüdrət Həsənquliyev və Kamal Cəfərov arasında yaranmış fikir ayrılığı, kiçik mübahisə sonradan mediada davam etdirilir.

Xatırldaq ki, "Dövlət Qulluğu Haqqında” Qanuna dəyişiklik edilərkən, Qüdrət Həsənquliyev deputat Kamal Cəfərovun dövlət qulluqçusunun funksiyalarını bilmədiyini söyləyib: "İnsanlar işlədikləri dövrdə təcrübə qazanırılar. Bununla bağlı yeni seçilən deputatlara da üzümü tutdum. Dedim ki, ilk seçilənlə indiki arasında onların təcrübəsi xeyli artıb. Kamal müəllim isə mənim sözümü tuturmuş kimi dərhal dedi ki, onsuz da deputatlar da 5 il müddətinə seçilir. Təəssüf edirəm ki, Kamal bəy deputatla dövlət qulluqçusunun funksiyalarını bilmir. Millət vəkili qanunlar qəbul edir. Yəni doğrudan da millət vəkili ilə dövlət qulluqçusunu bu şəkildə müqayisə etmək nə dərəcədə doğrudur bilmirəm. Amma qanunu təqdim edən şəxslərin bir məsələ ilə bağlı tam əminliyi yoxdursa, onunla bağlı fikir söyləməsinlər”.

K.Cəfərov isə buna cavabında Q.Həsənquliyevin təklifinin korrupsiyaya yol aça biləcəyini deyib.

"AzPolitika” Q.Həsənquliyevə yenidən müraciət edərək, həmkarının bu fikrinə münasibətini soruşub.

- Qüdrət bəy, "Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik edilərkən layihəni təqdim edən Kamal Cəfərovla fikir ayrılığınız oldu, o, "AzPolitika”ya açıqlamasında bildirib ki, Sizin dövlət qulluğuna qəbulun müsahibə yolu ilə həyata keçirilməsi barədə fikirləriniz qəbul olunarsa, bu, korrupsiyaya yol aça bilər. Fikir ayrılığınız nədən qaynaqlanır?

- Parlamentdə fikir ayrılığının olması çox normaldır. Demokratik ölkələrdə eyni partiyanı təmsil edən deputatlar arasında da məsələlərə bəzən fərqli yanaşma olur. Fikir ayrılığı ilə bağlı onu deyə bilərəm ki, mən dövlət qulluğuna qəbulun sadələşdirilməsi təşəbbüsü ilə çıxış etdim və bəyan etdim ki, Prezident də qanunların humanistləşdirilməsini tövsiyə edir, hər beş ildən bir dövlət qulluqçusunun imtahan verib yenidən sertifikat almasına nə ehtiyac var? Dövlət qulluğuna qəbul zamanı müsabiqənin müsahibə mərhələsinə ehtiyac olmadığını söylədim. Qeyd etdim ki, müsahibə zamanı verilən suallar testə daxil edilə bilər. Bəyan etdim ki, qanunu tətbiq edən şəxslər kimi zamanla onlar daha təcrübəli olurlar. Fikrimi əsaslandırmaq üçün ilk dəfə seçilmiş və qanuna səs verəcək deputatlara üzümü tutub dedim ki, yəqin etiraf edərsiniz ki, Sizlər seçiləndən bir il sonra parlamentdə daha rahat və təcrübəlisiniz. Məndən sonra söz alan Kamal Cəfərov bildirdi ki, inkişaf etmiş ölkələrdə dövlət qulluğuna qəbul zamanı müsahibəyə daha çox üstünlük verirlər və deputatlar da beş ildən bir seçilir.

Ona görə də 3-cü oxunuş zamanı vurğuladım ki, əgər Kamal müəllim deyirsə ki, inkişaf etmiş ölkələrdə müsahibə yolu ilə dövlət qulluğuna qəbula üstünlük verirlər, onda gəlin biz də müsahibə yolu ilə qəbulu həyata keçirək. Eyni zamanda təəssüfümü bildirdim ki, Kamal müəllim dövlət qulluğuna qəbulla deputat seçilməsi arasındakı fərqi görmür, yaxud bilmir. Bu təəssüratı o, apardığı uğursuz müqayisə ilə yaratmışdı. Mən dövlət qulluğuna qəbulun yalnız testlə olmasını təklif etmişəm, yenə də təəssüf edirəm ki, o, öz dediyini mənə aid edir və bunun korrupsiyaya yol açacağını söyləyir. Mən, sadəcə qəbulun bir mərhələdən ibarət olması üçün onun müsahiə yolu ilə qəbul təklifinin də məqbul ola biləcəyini söyləmişəm.

Yeri gəlmişkən onu da söyləyim ki, dövlət qulluğuna qəbulu nə qədər çətinləşdirsək də, həmin sahədə olan problemlər bununla öz həllini tapmayacaq. Problemlər məmurların savadsız olmasından qaynaqlanmır. İclasda da qeyd olundu, məmurların müdafiəsi gücləndirilməlidir. Məmurlar öz rəhbərlərinin qanunsuz tapşırıqlarını (o cümlədən rüşvət almaqla bağlı) yerinə yetirməkdən imtina edə bilmələri üçün onlar məhkəmələrə güvənməlidirlər. İnanmalıdırlar ki, qanunsuz işdən çıxarılacaqları halda işə bərpa oluna biləcəklər və qanunsuzluq edib onları incitmiş rəhbərini cəzalandıra biləcəklər. İkincisi, məmurlara onların layiqli həyatını təmun edəcək qədər maaş verilməlidir.

"AzPolitika"

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər