Gündəm


"Məhdudiyyətlər sırf valyutanın ölkədən çıxışına və kapital axınının bloklanmasına qarşı istiqamətlənməlidir”.

Artıq uzun müddətdir ki, banklar dolların satışına məhdudiyyət tətbiq edib. Bu vəziyyət isə vətəndaşların müəyyən problemlərlə üzləşməsinə yol açır.

Qeyri-rəsmi şəkildə tətbiq olunan qadağanın əsas səbəbləri ilə bağlı İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov öz fikirlərini Yenicag.az-la bölüşüb.

Professor bildirib ki, ictimaiyyətin qıcıqlanmasına səbəb olacaq xırda valyuta ticarətinin məhdudlaşdırılması doğru yanaşma deyil:

"Əslində Mərkəzi Bank tərəfindən valyuta əməliyyatlarının müəyyən məhdudiyyətlərlə tətbiq olunması məqsədəuyğundur. Bu, effektiv idarəetmə mexanizmlərindən biridir və beynəlxalq təcrübədə geniş istifadə olunur. Lakin əsas məqam ondan ibarətdir ki, bu addım cari valyuta əməliyyatlarına şamil olunmamalıdır. Əgər şəxs xaricə səfər etmək istəyirsə və ya xaricdən hansısa məhsulların idxal olunması üçün valyuta əldə etmək istəyirsə, bu halda valyuta məhdudiyyətlərinin tətbiqi yolverilməzdir. Çünki bu addım əhalinin real tələbatına və biznesin fəaliyyətinə mənfi təsir göstərə bilər”.

Elşad Məmmədov vurğulayıb ki, Mərkəzi Bank valyuta ticarəti ilə bağlı siyasətini açıq şəkildə ictimaiyyətə bildirməlidir:

"Ölkədən çıxan kapital axınının qarşısı alınmalıdır. Lakin atılan addım valyuta bazarının çalxalanmasına və qeyri-sabitliyin formalaşamasına mane olmalıdır. İnsanların valyuta alışına məhdudiyyətlərin qoyulması iqtisadi və sosial baxımdan məqbul hesab olunmur. Bununla yanaşı, valyuta məhdudiyyətlərinin 20 min dollar həcmində tətbiqi də ölkə iqtisadiyyatına hansısa ciddi mənfi təsir edə bilməz. Onmilyonlarla dolların əldə olunması və ölkədən çıxarılması isə iqtisadi cəhətdən təhlükə kəsb edə bilər”.

Son xəbərlər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər