Gündəm

Jurnalist Raminə Eyvazqızı koronavirusdan vəfat edən atası Eyvaz Nəzərovun ölümündə müalicə aldığı Neftçilər Xəstəxanasının rəhbərliyini ittiham edir. 
 
O, "Qafqazinfo”ya açıqlamasında iddia edib ki, 6 aprel-5 may aralığında həmin xəstəxananın reanimasiya şöbəsində müalicə alan atası səhlənkarlıq və məsuliyyətsizliyin qurbanı olub: "Neftçilər xəstəxanasının direktoru Musa Abbasov və onun komandası - ancaq tibbi protokol üzrə hərəkət edənlər üçün xəstənin canı cəhənnəmlikdir. Xəstəyə fərdi yanaşmayanlar COVID-19 adı ilə xəstəxanaya gedən atamı qanaxmadan qurtara bilmədilər. Atam COVID-i aşmışdı, boğularaq canını tapşırsaydı, gec xəstəxanaya çatdırılsaydı, yan xəstəlikləri olsaydı anlamaq olardı. Amma müsbət dinamika ilə yaxşılaşan insan baxımsızlıqdan, səhlənkar münasibətdən vaxtında izolyasiya olunmadı, xəstəxanadaxili infeksiyalara yoluxdu və bu üzdən yüksək dozalı antibiotiklərin qurbanı oldu, qaraciyər və böyrəyi sıradan çıxdı”.
 
Jurnalist həmçinin bildirib ki, xəstəxananın direktoru ailəyə "atanız bir aydır buranı "zanit” edib, bəlkə iki ay qalacaq, xəstənizi köçürün" deyib. R. Eyvazqızı iddia edir ki, atasının gec ayılmasının səbəblərindən biri ona iki həftədən çox müddətdə vitamin vurulmaması olub: "22-ci gündə də intubasiyada olan atam ayılanda ixtisasca həkim olan bacım ona bir neçə gün psixoloji dəstək vermək istəyirdi, xəstənin reabilitasiyası başlamalı idi. Bacımın dəstəyi ilə atamın müayinə və vəziyyəti həkimlərin də çoxunun dediyi kimi müsbətə doğru gedirdi. Hətta öz istəyimizlə həkim fizioterapevt də massaja başlamışdı. Amma olmadı, çünki xəstəxana direktoru jurnalist olduğumdan xəbər tutdu və bacımı qovdu. "Xəstəniz COVİD deyil artıq, bəlkə 2 ay burda qalacaq, "zanit” edir buranı, köçürün xəstənizi " dedi... O xəstəxanada saysız nöqsanı olduğunu qəşəng bilirdi. Reanimasiyada xəstələrə ancaq növbəli reanimatoloqlar baxırdı. Kompleks müalicə və başqa profilli həkim yox idi. Özümüz bir neçə həkim gətirdik. 
 
Təsəvvür edin, atamın gec ayılmağının səbəbindən biri ona iki həftədən çox müddətdə vitamin vurulmaması idi. Bizim təkidimizlə multivitamin vuruldu. Xəstəmizdən bezən Samirə həkimin davranışları, bacımın sualları atamın sonunu gətirdi. Atamdan qurtulmaq istəyirdilər! Bu müddətdə TƏBİB-ə sorğu göndərirdi ki, axı atam COVID-19 deyil, niyə sağalmır? TƏBİB Musa Abbasova bu sualı verdi, amma.. Bundan sonra bacım oradan qovuldu. Necə oldusa, yaxşılaşan atam bacım xəstəxananı tərk edəndən sonra pisləşdi…” 
 
 
Səslənən ittihamlarla bağlı Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Nəzərov Eyvaz İmamverdi oğlu 6 aprel 2021-ci il tarixində Kliniki Tibbi Mərkəzdən Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Onun sözlərinə görə, xəstəxanaya daxil olarkən xəstənin ümumi vəziyyəti ağır olub:
 
"Onda tənəffüs çatışmazlığı, sepsis müşahidə edilib. SaO2 oksigen insuflyasiyası fonunda 76-79% olub. Xəstənin tənəffüsü hi-flow O2 cihazı ilə tənzimlənib. Bir neçə saat ərzində xəstə intubasiya olunub və süni tənəffüs aparatına qoşulub. 22 aprel 2021-ci il tarixində xəstəyə traxeostomiya əməliyyatı edilib. 4 may 2021-ci ildə xəstədə kəskin böyrək çatışmazlığı səbəbindən ilkin hemodializ seansı aparılıb. Poliorqan çatışmazlığının yaratdığı trombositopeniya, hipokoaqulasiya, anemiya səbəbindən dəfələrlə transfuziya olunub. Xəstəyə kardioloq, infeksionist, hemotoloq, nefroloq konsultasiyasi aparılıb. Çox təəssüf ki, xəstə 5 mayda sepsis, poliorqan çatışmazlığı, DDLS diaqnozundan həyatını itirib. Bir məsələni də qeyd edək ki, xəstə koronavirusdan sağaldıqdan sonra yaxınlarına tövsiyə olunub ki, müalicəsi koronavirus xəstələrinin olmadığı xəstəxanaların birində aparılsın. Amma yaxınları bununla razılaşmayıb, təkidlə Mərkəzi Neftçilər Xəstəxanasında qalmasını istəyiblər”.
 
Xəstəxanadan həmçinin bildirilib ki, Eyvaz Nəzərovun qızı Lalə Eyvazqızı həkim olub və o, xəstəxanaya gətirilməzdən öncə evdə qızı tərəfindən müalicə edilib. Xəstəxanaya daxil olduqdan sonra isə qızı Lalə Eyvazqızı həkim olduğu üçün reanimasiyada yanında olmasına istisna hal kimi icazə verilib: "Əslində reanimasiyaya xəstə yaxınlarının daxil olmasına birmənalı şəkildə icazə verilmir. Lakin Eyvaz Nəzərovun qızı Lalə həkimin COVID-19 xəstələri ilə işləyən həkim olduğu nəzərə alınaraq atasını son üç gün istisna olmaqla, hər gün ziyarət etməyə icazə verilib. Lakin, o, icazə olmadığı halda mobil telefonla çəkiliş etdiyinə və digər xəstələrin hüquqlarını pozduğuna görə reanimasiyadan çıxarılıb və içəri daxil olmasına icazə verilməyib”.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər