Gündəm

Onlara bu kürsü atalarından qalıb...
MUMtv.az: - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) son illərdəki geniş və səmərəli fəaliyyəti hər kəs tərəfindən razılıqla qarşılanır. Yüksək keyfiyyətli yeni-yeni yolların çəkilməsi, bərbad hala düşmüş yolların təmir edilərək yenidən istifadəyə verilməsi, əlbəttə ki, yüksək qiymətləndirilməlidir.
Bu cür təqdirəlayiq hallara baxmayaraq, təəssüf ki, AAYDA-nın tabeliyindəki bəzi yol istismar idarələrində problemlər yaşanır. Həmin idarələrin elə rəisləri var ki, rəhbərlik etdikləri qurumu öz şəxsi mülkü kimi qəbul edirlər. Bəlkə də ona görə belədir ki, onlar bu idarələri vaxtilə öz atalarından təhvil götürüblər.

Bu mənada adı xüsusi hallanan idarələrdən biri 35 saylı Sabirabad rayon Yol İstismar İdarəsidir.bu idarənin rəhbərinə görə illərlə rayonun Qaratəpə kənd sakinləri dövlət orqanlarına,redaksiyalara məktublar ünvanlayıblar.Heç nəyə əhimiyyət verməyən idarə rəisi isə atasından qalma asfalt zavodunu işlətməklə narazılıq yaradıb,ekoloji tarazlığı pozub,zamanla dövlət xəzinəsinə ödənməli müəyyən vəsaitdən yayına bilib.Hesab edilirdi ki,Salem Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) rəhbərliyi Əliqulu Babaşov kimi şəxslər haqqında ölçü götürülməsini mümkünləşdirəcək.Amma...

Belə ki, idarənin rəisi Əliqulu Babaşov oturduğu kreslonu atası Məmmədqulu Babaşovdan təhvil aldığı kimi,qoruyub saxlaya bilib. Hazırda bu idarə ilə bağlı kifayət qədər problemlər, narazılıqlar mövcuddur. Rayonda 35 saylı Sabirabad rayon Yol İstismar İdarəsi deyəndə insanlar başını tutur,od püskürür.O ki,qaldı Ə.Babaşova idarə rəisi gələcəkdə də varislik prinsipinə sadiq qalmağı və oğlunu öz yerinə təyin etdirməyi planlaşdırır. Belə çıxır ki, işçilər öz iş yerlərini qorumaq üçün ona hər zaman itaət etməlidirlər.

Verilən məlumata görə, idarədə ciddi narazılıq yaranıb.Bir müddət əvvəl, 40 nəfər işçinin işdən azad edilərək küçəyə atılması isə bu narazılığın davam etməsini şərtləndirir.

Qeyri-qənaətbəxş fəaliyyəti ilə seçilən idarələrdən biri də 42 saylı Tərtər Yol İstismar İdarəsidir. İdarənin rəisi Ramil Bayramov da tutduğu vəzifəni öz atasından Əliqulu Bayramovdan təhvil alıb. İdarəyə ayrılan dövlət vəsaitini məharətlə "silmək”də atasından geri qalmayan Ramil Bayramovun fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlar var.Məsələn AAYDA şəxslər Ramil Bayramova sual verə bilərlər ki, idarəyə lazım olan yanacağa görə pulu hansı yanacaq doldurma məntəqəsinə köçürürsünüz və "Dizoil" yanacaq doldurma məntəqəsi ilə sizi nə birləşdirir? Yəqin bu açar sualdan sonra qurum rəhbərliyi müəyyən edər ki,Ramil Bayramov hansı suala cavab verir.

Bir maraqlı faktı qeyd edək ki, bu şəxs ildə iki dəfə Rusiyanın məşhur Yesentuki şəhərindəki sanatoriyada olur. Halbuki, idarənin fəhlələri yerli apteklərdən dərman almağa pul tapmadıqlarından şikayətlənirlər. Belə olan təqdirdə haqlı sual yaranır: İdarə rəisi indiki bazar qiymətləri ilə ildə iki dəfə Yesentukiyə necə gedib çıxır?

Fəaliyyəti narazılıq doğuran idarələrdən digəri 20 saylı Hacıqabul Yol İstismar İdarəsidir. Həmin idarənin rəisi Fikrət Qurbanov vaxtilə "Azəravtoyol”un sabiq rəisi Cavid Qurbanovun ən yaxın adamlarından biri sayılırdı. Bu yaxınlıqdan sui-istifadə edən F.Qurbanov yolların vəziyyətini, əhalinin rahatlığını deyil, öz şəxsi mənafeyini üstün tuturdu. Bunun da nəticəsində onun nəzarətində olan yollar hər zaman bərbad vəziyyətdə olub, çala-çuxur yerlərin sayı-hesabı olmayıb,indi də yoxdur.Hətta bu məmuru Cavid Qurbanov dönəmində Bakı-Kürdəmir istiqamətində çəkilən və bir neçə il sonra dağılan "İpək Yolu" layihəsinə görə də sorğulamaq olar.Bəlkə millət vəkillərinin narazılıq dolu ifadələri yaxın keçmişimizdə səslənməyib? Hətta,əsas səbəblərdən biri kimi F.Qurbanovun rəhbərliyi altında çəkilən yollara döşənən asfaltın tərkibində komponentlərin çatışmamasına dair narazılıq edib,millət vəkilləri. Amma adam bu günkü günə qədər vəzifə başındadır və vəzifəsini qoruya bilib.

16 saylı Ağsu Yol İstismar İdarəsinin rəisi Aqil Niftəliyevlə işçilər arasında isə əməlli-başlı qarşıdurma yaranmışdı.Biz müəyyən səbəblərdən bu qarşudurmanın doğurduğu faktları hələki qeyd etmirik.Amma şübhəmiz yoxdur ki,bunları Saleh Məmmədov bilmir.Digər səbəbə gəldikdə idarədə hökm sürən bir sıra haqsızlıqlar və bəzi işçilərin son 2 ildən bəri maaşlarını ala bilməmələri idi.Məlumata görə, AAYDA-nın sədri Saleh Məmmədov da yaranmış vəziyyəti yaxşı bilirdi,amma tədbir görmürdü.Narazılıqla bağlı sözügedən idarənin işçiləri dəfələrlə Bakıda AYDA sədrinin qəbuluna düşmək istəsələr də, buna nail ola bilməmişdilər. Yalnız 4 aprel 2019-cu il tarixində Saleh Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhali ilə görüşərkən, Ağsu Yol İstismar İdarəsinin narazı işçiləri də oraya gedib və sədrlə görüşə biliblər. S.Məmmədov onlara bildirib ki, narahat olmayın, özüm sizin probleminizi həll edəcəm. Ancaq o zamandan xeyli vaxt keçməsinə baxmayaraq, məsələ öz həllini tapmadı,sədr heç bir tədbir görmədi.

Fəaliyyəti daim mənfi isterikalarla mətbuatın gündəmində olan şəxslərdən biri də,Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynovdur.İnternet üzərindən axtarış verildikdə bu şəxs haqqında da kifayət qədər tənqidlərə rast gəlinir.Düzdür bu tənqidlərin əksəriyyətinin həqiqətlə bağlantısının olmamasını məntiq üzərindən aşkarlamaq mümkündü.Amma elə nüanslar var ki,onların üzərində dayanmamaq olmur.Məsələn, idarənin "ailə ansambılı"na çevrilməsi.Harada görünüb ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında çəkilən yolu Vidadi Hüseynovun oğluna məxsus MMC tiksin,sonrakı halda ata oğlunun çəkdiyi yolu istismarına qəbul eləsin.Və yaxud da yol tikintisinə aid olan inşaat materialları idarə rəisinin qum,çınqıl karxanasından təmin edilsin.

Elə hesab edirik, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bir çox idarə rəislərinin əməllərini diqqətdən kənara qoymamalıdır. //Faktinfo.az//

Son xəbərlər

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Bütün xəbərlər