Gündəm
Gündəm / Siyasət
Milli Məclisin şöbə müdirinin müavini vəzifəsindən azad edilib
Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov vəzifəsindən azad edilib.
MUMtv.az-ın "Report”a istinadən xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Belə ki, S.Kərimov Ali Məhkəmənin hakimi təyin edilməsi səbəbindən vəzifəsindən azad olunub.
Onun yerinə hələ təyinat olmayıb.