Gündəm


"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilməli olan proses təxirə salınıb.

Buna səbəb işə baxan hakimlər kollegiyasında təmsil olunan Telman Hüseynovun koronavirusa yoluxma ehtimalının olmasıdır. Hakim test verdiyi üçün proses mayın 24-ə qədər təxirə salınıb.

Solmaz İsmayılova isə bildirir ki, oğlu günahsızdır və o, biznesinə göz dikən məmurların sifarişi əsasında həbs edilib:

"Oğluma qarşı ittihamların heç bir əsası yoxdur. İstintaq dövründə onunla bağlı ölkə rəhbərliyinə dəfələrlə müraciət etmişəm. İndi məhkəməsi başlayıb. Ölkə başçısı ədalətli insan, özünün də dediyi kimi, hər bir azərbaycanlının prezidentidir. Ona görə də əminəm ki, ona etdiyim müraciətlərin nəticəsi olacaq və məhkəmədə işə obyektiv baxılacaq”.

S.İsmayılova iddia edir ki, oğlu şirkətdə qalan payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənərək həbs olunub. 3 ay 10 gün həbsdə qaldıqdan sonra şirkətdəki payından və əmtəə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalamaqla sərbəst buraxılıb, barəsindəki cinayət işinə xitam verilib:

"3 il dözsə də, daha sonra hüququnu tələb etməyə başladı və bundan sonra yenə hədə-qorxular, təhdidlər başladı. Təhdidlərdən çəkinməyərək haqqını tələb etməyə davam etdiyi üçün yenidən həbs edildi ki, guya 2013-2014-cü ildə özünə məxsus, dövriyyəsi və gəliri milyonlarla ölçülən şirkətin 600 min manat vəsaitini mənimsəyib. Bunun nə qədər absurd ittiham olduğu hamı üçün gün kimi aydındır”.

Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər