mumtv.az
mumtv.az

Bakıda dönərxana bağlandı - FOTO

Bakıda dönərxana bağlandı - FOTO
16-05-2021, 11:45 84 dəfə baxılıb

Bakıda dönərxana bağlandı - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 137 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəhmanov Əyyub Vahid oğluna məxsus "Yanar Dönər” ictimai iaşə müəssisəsində yoxlama keçirib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunub.
Eyni zamanda, işçilərin tibbi müayinədən keçirilməsinə dair arayışların mövcud olmadığı müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA