mumtv.az
mumtv.az

“WhatsApp”ın yeni istifadə qaydaları qüvvəyə minib

“WhatsApp”ın yeni istifadə qaydaları qüvvəyə minib
16-05-2021, 09:51 83 dəfə baxılıb

"WhatsApp” messenceri ciddi mübahisələrə səbəb olan yeni istifadə qaydalarını qəbul etməyən şəxslərə qarşı tədbirlərə start verib.
 
Mayın 15-dən başlayaraq qaydalarla razılaşmayan istifadəçilərin zəngləri və mesajları bloklanacaq.
 
Hərçənd, bundan əvvəl bir neçə həftə ərzində istifadəçiyə xəbərdarlıq göndəriləcək.
 
Şirkətdən verilən açıqlmaya görə, yeni qaydalara əsasən, şəxsi yazışma və zəng məlumatları həmişəki kimi öz məxfiliyini qoruyub saxlayacaq.
 
Qeyd edək ki, "WhatsApp”ın yeni istifadə qaydaları cari ilin əvvəllərindən başlayaraq ciddi etirazlara səbəb olub. Milyonlarla istifadəçi messenceri boykot edərək, alternativ proqramlara üstünlük verib. Bəzi ekspertlərin fikrincə, yeniliklər ABŞ xüsusi xidmət orqanlarına istifadəçiləri izləmək və onların mövqeyinə təsir etmək kimi imkanlar yaradır.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA