Gündəm


"Həmin sənəd imzalananda heç kim düşnümürdü ki, danışıqlar bu qədər uzanacaq, Minsk qrupu öz missiyasını yerinə yetirə bilməycək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 1994-cü il mayın 12-də imzalanmış Bişkek protokolunun Vətən Müharibəsi sayəsində əhəmiyytətini tamamilə itirməsini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Şair Ramaldanovun sözlərinə görə, "Bişkek protokolu”nun imzalanmasına məqsəd o dövrdə aktiv döyüşlərin dayandırılması olub:

"Bişkek protokoluundan sonra məsələ sülh yolu ilə həll olunmalı idi. Bunun uzanmasının səbəbi isə Ermənistan konstruktiv mövqe tutmaması idi. Azərbaycan da öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verə bilməzdi. Azərbaycan hər zaman öz torpaqlarını azad etmək niyyətinin birmənalı olduğunu bəyan edib. O baxımdan, iki tərəfin maraqları toqquşurdu.

1994-cü ildə Ermənistan aktiv hücum əməliyyatları apara bilmirdi, Azərbaycan onların hücumunu dayandırmışdı. Ordumuz həmin ilin yanvarında uğurlu Horadiz əməliyyatı keçirərək 22 kəndi və 1 qəsəbəni işğaldan azad etmişdi. Bununla belə, bizdə də müəyyən çatışmazlıqlar özünü göstərirdi. Müəyyən mənada pat vəziyyəti yaranmışdı. Məhz belə bir şəraitdə Bişkek protokolu imzalandı.

Bişkek protokoluna əsasən, münaqişə sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalı idi. Həmin sənəd imzalananda heç kim düşnümürdü ki, danışıqlar bu qədər uzanacaq, Minsk qrupu öz missiyasını yerinə yetirə bilməycək. Ötən illər ərzində Azərbaycan həm ordusunu, həm də iqtisadiyyatını inkişaf etdirirdi ki, danışıqlar nəticə verməsə, güc variantından istifadə etsin. Zaman keçdikcə güc variantı daha da aktuallaşdı.

Mən düşünmürəm ki, Bişkek protokolunun imzalanması səhv olub. Fikrimcə, Bişkek protokolunu imzalamaqla vaxt qazandıq və hazırlıq işlərinin həyata keçirilməsi üçün imkan əldə edildi.

Danışıqların davam etməsinə baxmayaraq, son bir neçə ildə artıq "barıtın qoxusu” gəlirdi. Prezidenti İlham Əliyev bir dəfə açıqlamasıda bildirmişdi ki, Azərbaycanla Ermənistan meydanda təkbətək qalsa, düşməni darmadağın edib torpaqlarımızı qısa müddətdə işğaldan azad edərik. Nəticədə Ermənistanla təkbətək qalmaq üçün zəruri siyasi gedişlər edildi. 2016-cı il Aprel döüyüşlərindən sonra bu proses daha da sürətləndi. 2020-ci ilin Tovuz döyüşlərindən sonra Azərbaycan hücum diplomatiyasına üstünlük verdi və yekunda Ermənistanla meydanda təkbətək qalaraq, işğalda olan torpaqlarını azad etdi. Müharibəni sonunda məlum üçtərəfli bəyanat imzalandı”.

Polkovnikin fikrincə, müharibənin yenidən alovlanmaması üçün Ermənistan 10 noyabr üçtərəfli bəyanatının şərtlərini yerinə yetirməlidir:

"O bəyanatda 9 bənd var. Azərbaycanın birinci növbədə ərazi bütövlüyü bərpası, sülhməramlı missiya, Zəngəzur dəhlizi və digər məsələlər rada əks olunub. Bunların heç biri Azərbaycanın mövqeyinə zidd deyil. Üçtərəfli bəyant hüquqi sənəddir. Onu Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri imzalayıb.

Bu sənədin tələbləri yerinə yetirilməlidir. İstər Bişkek protokolu, istərsə də üçtərəfli bəyanat tam hüquqi sənəddir. 10 noyabr bəyanatı əsasında işçi qrupları da yaradılıb. Bunlar onu göstərir ki, hər üç tərəf bəyanatın yerinə yetirilməsi üçün işlər görür, hüquqi baza hazırlayır”.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər