Gündəm

"Bu mənə və iş yoldaşlarıma edilən haqsızlıqdır..." - GİLEY

 

Biləsuvar rayon Çinarlı kənd sakini Əliyev Feyzulla Fərzulla oğlu Moderator.az-ın redaksiyasına şikayət məktubu ünvanlayıb.

F.Əliyev bildirib ki, çalışdığı Biləsuvar Mərkəzi Xəstəxasında ona qarşı haqsızlıq edilib.

Müraciətdə deyilir:

"Mən 2008-ci ildən Biləsuvar Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində feldşer işləyirəm. 2005-ci ildən Cərrahiyə şöbəsinin, 2008-ci ildən isə Təcili tibbi yardım şöbəsinin ən fəal işçilərindən biri olmuşam. Bu müddət ərzində 3 dəfə təcili tibbi yardım kurslarını keçmişəm.
Tibbi sığorta Biləsuvarda fəaliyyətə başladıqdan sonra təcili yardım şöbəsinin 5 nəfər işçisinin ixtisar edilərək dispetçer işində işləməsi təklifi var idi. Amma nədənsə rəhbərlik iş təcrübəsi az olanları yox, mənim kimi təcrübəli işçiləri Təcili yardım şöbəsindən çıxarıb dispetçer işinə keçirdi. Bu isə mənə və iş yoldaşlarıma edilən haqsızlıqdır”.

Şikayətçi deyir ki, bunula bağlı xəstəxana rəhbərliyi ilə də görüşüblər, lakin sözünü eşidən almayıb:

"Bununla bağlı Biləsuvar Mərkəzi Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayevanın və onun müavini Zakir Xammədovun qəbulundə olmuşuq. Lakin onlar bildirdilər ki, biz belə istəyirik. 16 illik iş stajım var, amma onlar mənə deyirlər ki, yenidən kursdan keçib sertifikat almalıyam. Amma hansı ki, bu gün xəstəxanada çalışan 9 nəfərin sertifikatı yoxdur. Bu adamlar hələ də əvvəlki iş yerlərində işləyirlər. Bunlar kiminsə qohum-əqrabalarıdır. 2019-cu ildə sertifikasiyadan keçmək üçün sənədlərimi topladım, amma pandemiya olduğuna görə bunu təxirə saldılar. İndi isə məndən sertifikat tələb edirlər”.

F.Əliyev probleminin həll edilməsi üçün müvafiq qurumlardan kömək istəyib:

"Sizdən xahişim odur ki, şikayətimi aidiyyatı qurumların diqqətinə çatdırasınız. Himayəmdə dörd məktəbli övladım, ikinci qrup əlil atam və xəstə anam var. Biləsuvar Mərkəzi Xəstəxanasında mənə qarşı edilən ədalətsizliyə görə aidiyyatı qurumlar tədbir görsünlər”.

Məsələylə bağlı Moderator.az-ın əməkdaşı baş həkim Xoşxbəxt Ağayeva ilə dəfələrlə telefon əlaqəsi saxlamaq istəsə də, o, dəstəyi qaldırmayıb. Onun müavini Zakir Xammədovla əlaqə saxlamaq mümkün olub. Z.Xammədov açıqlamasında bildirib ki, yerdəyişmə qanuni şəkildə həyata keçirilib:
"İşçinin yerdəyişməsiylə bağlı prosedur qaydası var. Təcili tibbi yardımın 15 nəfər işçisi var. "TƏBİB” yaranandan sonra onlardan 5 nəfər ixtisara getməli idi. Amma biz onları ixtisar etmədik və dispetçer işi ilə təmin etdik. Onların içindən stajı çox olanları, ailəsində qazisi olan, sertifkatı olmayan adamları seçdik. İclasda xəstəxananın hüquqşunası bütün qaydaları onlara izah edib”.


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər