Gündəm
Gündəm / Hadisə
Polis Nəsimi rayonundakı HAZZ oteldə reyd keçirdi
Bu yazıya 2 məqamdan – bir uzaq və bir yaxın məqamdan başlamaq istəyirəm.
MUMtv.az: - Uzaq məqam odur ki, Gündəlik Bakı qəzetinin ilk sayları dərc olunanda redaksiyamıza bir valideyn gəlmişdi. O deyirdi ki, pəncərəmizin qarşısında bir əxlaqsızlıq yuvası var, pəncərimizin qarşısında əylənirlər, siqaret çəkirlər.
Şikayətçi deyirdi ki, evimdə 2 yeniyetmə qız uşağı var, utandığımdan pərdələri möhkəm bağlamışam ki, pəncərədən bayıra baxmasınlar.
Yazıq valideyn düşünürdü ki, belə yerdə necə qız uşağını tərbiyə etsin. Sonda valideyn əlacsız vəziyyətdə dedi ki, evimi satıb başqa yerdən ev almaq istəyirəm….
Mən soruşdum ki, sən haradan bilirsən ki, təzə köçdüyün yerdə eyni hal olmayacaq, bəs onda hara köçəcəksən..
Bəli, harasa köçməklə problem həll olunmur.
Bütövlükdə cəmiyyət belə hallara qarşı mübarizə aparmalıdır.
İkinci məqam odur ki, bir neçə gün əvvəl Milli Məclisdə məsələ qaldırıldı ki, otellərə gələn cütlükdən "kəbin kağızı” , nikah şəhadətnaməsi tələb edilsin.
Bəli, problem ciddidir. Deməli, məsələ təkcə yuxarıda qeyd etdiyimiz kimi, pəncərənin qarşısında olan məsələsi deyil.
Yəni otel, kafe, restoran və s adı altında bu gün Bakı şəhərində xeyli əxlaqsızlıq yuvaları fəaliyyət göstərir.
Biz hansısa obyektin reputasiyasına kölgə salmaq istəmirik.
Ancaq görükən kəndə nə bələdçi.
Sözün qısası, bu gün də paytaxt Bakıda otel biznesi adı altında mentalitetimizə zidd və milli-mənəvi dəyərlərimizə uyğun olmayan əməllər baş verir.
Ötən yazıda Nəsimi rayonu, Mirzə İbrahimov 18 ünvanda fəaliyyət göstərən HAZZ OTEL-dən bəhs etmişdik.
Xatırlatma üçün bildirək ki, bu binada çox yüksək qiymətə ev-mənzil alanlar haradan bilərdi ki, burada nələr baş verəcək. Vətəndaşlar ev alıb, ailəsi, övladları ilə burada insan kimi yaşamaq, övlad böyüdüb tərbiyə etmək istəyir. Amma az qala hər mərtəbədə, balkonlarda baş verənləri görəndə düşünürsən ki, bu mühitdə tərbiyə çətin məsələdir. Gələcəyimiz gör hansı durumdadır. Məlumat üçün qeyd edək ki, HAZZ OTEL-i Aslan adlı şəxs idarə edir. Binanın 1-ci mərtəbəsində isə NEMİ otel yerləşir, sahibi Barat Abdullayevdir.
Gundelik-baku.com-un dərc etdiyi məqalədən sonra polis əməkdaşları HAZZ OTEL-də reyd keçiriblər və yazdıqlarımız öz təsdiqini tapıb. Yəqin ki, müvafiq tədbirlər də görüləcək.
Ancaq bir məsələ bizi düşündürür.
Görəsən, həmin ərazinin icra nümayəndəsi Vaqif müəllim, rayonun icra başçısı Asif Əsgərov, rayonun polisi, digər dövlət qurumları bunu görmürdü ?
Mütləq gundelik-baku.com saytı bunu yazmalı idi ?
Cənablar ! Siz gördüyüünz işlərə görə, konkret olaraq dövlətdən maaş alırsınız. Bu məsələlər gundelik-baku.com-un deyil, bir başa sizin vəzifə borcunuzdur.
Digər tərəfdən həmin əxlaqsızlığı törədənlər qoy öz ailələrini, həyat yoldaşlarını, bacılarını, qızlarını bura gətirib nələr baş verdiyini onlara əyani göstərsinlər.//gundelik-baku.com