Gündəm

 

MUMtv.az: - Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində yerləşən Milli Referens Labaratoriyası qəzalı vəziyyətdədir. Sözügedən labaratoriya bir neçə il əvvəl tikilsə də, hər an çökmə və uçma təhlükəsi ilə üz-üzə qalıb.

Bizim.Media-ya daxil olan məlumata görə Fövqalədə Hallar Nazirliyinin İşçi Qrupu Referens Labaratoriyasının qəzalı vəziyyətdə olduğu barədə rəy versə də, sözügedən labaratoriya hələ də bu durumda çalışır. Bu isə işçilərin sağlamlığı üçün təhlükədir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmisi Azər Sarıyev Bizim.Media-ya açıqlamasında deyib ki, qurumun rəyi açıqlamaq səlahiyyəti yoxdur:

"Labaratoriya hansı qurumun balansındadırsa, o Fövqəladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyi Nəzarəti Agentliyinə qəzalı vəziyyətlə bağlı müraciət edir. Onlar gedib rəy verirlər. Bu rəyi açıqlamaq səlahiyyəti yalnız və yalnız balanssaxlayıcıya aiddir. Bildiyimiz məlumat olanda özümüz monitorinq keçiririk. Dəvətlə gediləndə isə rəyi balanssaxlayıcı açıqlamalıdır.Yəni bu barədə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun balanssaxlayıcısı məlumat verməlidir”.

Qeyd olunan məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sözçüsü Elnarə Baxış onlara rəsmi sorğu göndərməli olduğumuzu bildirib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova isə Milli Referans Labaratoriyasının fəaliyyətinin məhdudlaşdırıldığını bildirib:

"Labaratoriya çalışmır, bağlıdır. Fövqəladə Hallar Nazirliyinin rəyində yazılıb ki, labaratoriyanın fəaliyyətinə məhdudiyyət qoyulub. Ora yalnız məhdud sayda işçi daxil ola bilər. Rəydə aparatura və digər ləvazimatlarla bağlı "məhdudlaşdırılıb” yazılıb”.

Labaratoriya işçilərinin hələ də işə gəlmələri ilə bağlı iddiaya əsəbləşən Həqiqət Qədirova növbəti suallarımızı cavablandırmaq istəməyib:

"Sizin suallarınız varsa, TƏBİB-ə müraciət edin, icazə alın, sonra mən müsahibə verim”, deyə o, əlavə edib.

Qeyd edək ki, Milli İstinad – Referens Labaratoriyası 3 ildir yaranıb. 30 nəfər işçisi var.

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Bütün xəbərlər