Gündəm

Özbək, qırğız və taciklər niyə bir-birilərinə nifrət edirlər?
MUMtv.az: - "Özbəkistan, Qırğızıstan və Tacikistan olmaqla üç Orta Asiya müsəlman ölkəsi müstəqilliklərini bərpa edəndən sonra bir-biriləri ilə konfliktədirlər. Özbəkistanla Qırğızıstan müsəlmanla yanaşı, həm də türk ölkələridirlər. Buna rəğmən, özbək, qırğız və taciklər niyə bir-birilərinə nifrət edirlər?”.

Bu sözləri Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib.
O, "Sherg.az”a açıqlamasında indiki vəziyyətin tarixi köklərindən danışdı:

""Mərkəzi” və ya "Orta Asiya” adlanan bölgə ikinci dünya savaşınadək "Türküstan” kimi tanınırdı. Türküstanda məşhur Basmaçi hərəkatı ilə Stalin belə bacarmırdı. Sovet-rus imperiyasının işğalı altında olan çoxmilyonlu türk millətindən türk adını unutdurmaq üçün Stalin vahid Türküstanı - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistana böldü. Cənubi Qafqaz türklərini də - azərbaycanlı adı ilə pasportlarda yazdırmağa başladılar. Stalin Sovet Rusiyasının işğalı altında olan türkləri bölüb, parçalamaq üçün əlindən gələni etdi. Çünki tarix boyu rus ən böyük təhlükəni türkdə görüb. Bu yaxınlarda müasir Stalin - Putinin koronavirusu türk tayfaları ilə müqayisə etməsi bir daha rusun ən qorxduğu türk olduğunu göstərdi. SSRİ dağılmaq ərəfəsində olanda Özbəkistanda mehseti türklərinin deportasiyası başladı. Moskva türk olduğunu unudan özbəkləri qardaşları mesheti türklərinin üstünə qaldırdı. Məcbur olub Özbəkistanı tərk edən mehseti türklərini, türk olduğunu tam unutmayan Azərbaycan qarşıladı, onların ikinci evləri oldu. Sonra Moskva Fərqanə vadisində qırğız türklərini, özbək türklərinin üstünə saldı. Üstəlik, Moskva İran dilli, amma sünni - müsəlman olan tacikləri, türk sünnü-müsəlman özbəklər və qırğızlara qarşı qoydu. Və 30 ildir ki, ruslar Orta Asiyada "böl-idarə et” siyasətini özləri üçün uğurla yerinə yetirirlər. 30 ildir Orta Asiyada türklü-farslı müsəlmanlar bir-birilərinin qanını tökürlər və burada yeganə udan tərəf Rusiyadır”.

Ə.Məmmədli, həmçinin acınacaqlı vəziyyətdən çıxış yolunu da göstərdi:

"SSRİ dağılanda Özbəkistanda əvvəl türkçü, sonra güclü İslami hərəkat yarandı. Moskvanın dəstəyi ilə yerli partokratlar türkçüləri də, islamçıları da sıradan çıxardı. Tacikistanda da silahlı İslami müxalifət var idi. Onu da yerli kommunistlər məğlub etdilər. Qazaxıstanda türkçülük və islamçılıqdan uzaq olan ziyanlı qazax millətçiliyi inkişaf etməkdədir. Qırğızıstan isə teyplərin idarə etdikləri "banan respublikası”na çevrilib. Qazaxıstan və Orta Asiyanın yeganə qurtuluş və inkişaf yolu Türk-İslam ideologiyasının sintezindədir. Mərkəzi Asiya üçün Moskva ilə metropoliya-müstəmləkə münasibətlərindən yeganə qurtuluş məhz göy-yaşıl Turan gələcəyidir. Mərkəzi Asiyanın, rusun "arxa bağça”sı olmaqdan qurtuluşunun yolu Türkiyə və Azərbaycanla birlikdə təkcə sözdə yox, həm də əməldə sağlam dayaqlar üstündə qurulan Vahid Türk Birliyidir!”

Son xəbərlər

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər