Gündəm

“Tərtər işi”nin müstəntiqi ilə MÜSAHİBƏ - İSTİNTAQ VİDEOLARI

"Tərtər işi” hələ də ictimaiyyətin gündəmindədir. Üzərindən 4 il keçməsinə baxmayaraq, hərbi cinayət barədə yeni ittihamlar, iddialar və fərqli versiyalar ortaya atılır. İctimaiyyət isə baş verən hadisə ilə bağlı həqiqətləri öyrənmək istəyindədir.

MUMtv.az  DİA.AZ-a istinadən  xəbər verir ki, həmin vaxt Respublika Hərbi Prokurorluğunda ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük müstəntiqi, "Tərtər işi”ndə istintaq əməliyyat qrupunun üzvü hazırda Tərtər Hərbi Prokuroru vəzifəsində çalışan Hümmət Məmmədov sözügedən hadisə ilə bağlı Bizim.Media-nın suallarını cavablandırıb.

- "Tərtər işi” niyə 4 il sonra aktuallaşdı. Məqsəd nədir?

- Məqsəd Silahlı Qüvvələri gözdən salmaq və Vətən Müharibəsi zəfərini kölgə altına almaqdır.

- Vətənə xəyanətdə ittiham edilərək işgəncə görən hərbi qulluqçularla bağlı müxtəlif rəqəmlər var. İşgəncə görənlərin sayı konkret nə qədər idi?

- Ümumilikdə 109 hərbi qulluqçu düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinməklə fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb. Müxtəlif bədən xəsarəti alıblar. Lakin bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə rəqəmlər həddindən artıq şişirdilərək 1767 deyilir. Bunun da nəyə və kimlərə xidmət etdiyi hər kəsə bəllidir.

- Hadisə tam araşdırılmadan hərbi qulluqçulara işgəncə verilməsini necə qiymətləndirirsiz? Bəzilərinin komaya düşənə qədər işgəncələrinin davam etdirildiyi bildirilir. İşgəncə verənlərin belə bir səlahiyyəti var idimi?

- Düşmənlə məxfi əməkdaşlıq etməkdə təqsirləndirilən hərbi qulluqçuların Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi qulluqçuları tərəfindən müəyyən edilərək fiziki təyziqlərə məruz qalması hadisəsi ilkin günlərdə olub. Hərbi prokurorluq həmin məsələyə müdaxilə etdikdən sonra bu proseslər tam dayandırılıb. Dərhal hərbi prokurorluq tərəfindən əraziyə tibbi personal dəvət olunub. Fiziki təsirlərə məruz qalmış şəxslər həkim nəzarətinə götürülüb. Respublika Hərbi Prokurorluğunun müraciəti əsasında Müdafiə Nazirliyinin tibb xidmətinin həkim briqadaları ezam olunub və həmin şəxslərə baxış keçirilib. Xəsarətlərin dərəcəsinə uyğun olaraq bəziləri Bakı şəhərində olan hospitallara göndərilib, bəziləri isə ərazidə yerləşən hospitallara yerləşdirilib. Böyük əksəriyyətinə isə yerindəcə yardım olunmaqla sağlamlıqları bərpa edilib. Hərbi prokurorluq orqanları bundan sonra işgəncə verənlərin dairəsini müəyyən edib. Onları həmin proseslərdən uzaqlaşdırıb və barələrində hüquqi tədbirlərin aparılması üçün müvafiq işlər görüb.

- Belə bir söhbət də dolaşır ki, Tərtər qarnizonunun 33 nəfər əsgər və zabiti xəyanətdə ittiham edilərək işgəncə ilə qətlə yetirilib. Belə hadisənin baş verməsi həqiqətdirmi? Bu barədə nə deyə bilərsiniz?

- Bu rəqəmlər də həddindən artıq şişirdirilib. Eyni zamanda yüksək təəssüf hissi ilə qeyd edirəm ki, hadisənin aşkar edilməsinin ilk günlərində fiziki təsirlərə məruz qalmış hərbi qulluqçuların bir neçəsinin həyatını bütün cəhdlərə baxmayaraq xilas etmək mümkün olmayıb. Əlbəttə ki, bir nəfərə qarşı olsa belə, qanunsuz hərəkətlər edilməklə həyatdan məhrum edilməsi yolverilməzdir. Amma istər vəfat edənlərin, istərsə də fiziki təsirlərə məruz qalanların sayının qəsdən, həm də dəfələrlə artırılmaqla cəmiyyətə yalan məlumatları verən şəxslərin xoşniyyətli deyil, məkrli xislətli olmaları üzə çıxır. Görünür, həmin şəxslər bizim 44 günlük tarixi qələbəmizdən sonra Azərbaycana qarşı çıxan düşmən qüvvələrin dəyirmanına su tökməklə, vətəninə, millətinə nə qədər böyük xəyanət etdiklərini dərk edə bilmirlər.

- Xəyanətdə ittiham olunan hərbçilər barəsində sonradan məhkəmənin hökmü ilə bəraət verilib. Hətta onların bəziləri fəxri adlarla təltif edilib. Bu faktın özü həmin hərbçilərin günahsız olduğunu bir daha sübut edir. Yəni onların şərlənərək xəyanətdə ittiham olunması özü ayrıca cinayət əməlidir. Bununla bağlı əlavə cinayət işi açılıbmı?

- Əvvəla qeyd etmək istəyirəm ki, dövlətə xəyanətdə ittiham olunan şəxslərin bəraətindən danışdıqda o şəxslərin Respublika Hərbi Prokurorluğunda istintaq aparılan zaman təqsirliliyini sübut edəcək dəlillər mövcud olmadığı üçün barələrində cinayət təqibinə xitam verilib. Aldıqları xəsarətlər nəticəsində ölmüş 5 nəfər hərbi qulluqçunun, ümumilikdə isə 21 nəfər hərbi qulluqçunun istintaq zamanı dövlətə xəyanət cinayət əməlləri sübuta yetirilmədiyindən barələrində AR Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib. Onu da deyim ki, məhkəmə məsuliyyətinə verilmiş şəxslərdən bəraət alan olmayıb. O ki, qaldı, həmin şəxslərin mükafatlandırılmasına, bu barədə bizdə məlumat yoxdur.

- Tərtər sakini Validə Əhmədova oğlunun günahsiz olaraq öldürüldüyünü deyir və bununla bağlı KİV vasitəsilə müraciətlər edib. Sözügedən hərbçi hansı vəziyyətdə və necə öldürülüb? Hərbçinin ölümü Hərbi Prokurorluq işə müdaxilə edəndən sonra, yoxsa əvvəl baş verib?

- Həmin şəxsin oğlu Elçin Quliyev Tərtər hadisələrinin baş verən ilk günlərində aldığı ağır bədən xəsarətlərindən ölüb. Onun fiziki təsirlərə məruz qalması faktı Respublika Hərbi Prokurorluğunun işə müdaxilə etməsindən əvvəl baş verib. İstintaq zamanı Validə Əhmədovanın oğlu da vətənə xəyanət edən şəxslərin sırasında olub və onun dövlətə xəyanət etməsi faktı tam sübuta yetirilib. Amma qanuna uyğun olaraq təqsirləndirilən şəxsin ölməsi səbəbindən cinayət işi üzrə icraata xitam verilib. Onun oğlu Elçin Quliyev nəinki düşmənə dövlət sirri təşkil edən məlumatları verib, eləcə də o, başqa hərbi qulluqçuları da vətənə xəyanət cinayətini törətməyə təhrik edib ki, bu da istintaq zamanı tam sübuta yetirilib. Həmin şəxslərin ifadələri istintaq materiallarında, həmçinin məhkəmə hökmündə öz əksini tapıb. Bundan başqa fiziki təsirlər nəticəsində ağır xəsarətlər alaraq ölmüş Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmallədin oğlunun da vətənə xəyanət etmələri tam sübuta yetirilib. Lakin barələrində aparılan cinayət təqibinə ölmələri ilə əlaqədar bəraətverici əsaslar olmadan xitam verilib. Validə Əhmədovanın oğluna işgəncə verənlərlə bağlı tələblər irəli sürməsi qəbul ediləndir və onun haqqıdır. Eyni zamanda qeyd edim ki, həm Validə Əhmədovanın oğluna, həm də digər vəfat edən şəxslərə qarşı qanunsuzluq edən şəxslər müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilib və cəzalarını alıblar. Lakin bir məsələni yenə də qeyd edirəm ki, Elçin Quliyevin dövlətə xəyanət etməsi xüsusatı tam sübuta yetirilib. O vaxtlar, yəni istintaq zamanı Validə Əhmədova dəfələrlə iş materialları ilə tanış olub, ona izahlar verilib. O, həm cinayət işini aparan müstəntiqlər, həm də rəhbər şəxslər tərəfindən qəbul olunub ətraflı izahlar verilib. Düzdür, Validə Əhmədova və onun kimi digər valideynlərə oğlunun vətən xaini olmasını qəbul etmək çox çətindir. Lakin bütün bunların həqiqət olması istintaq materialları ilə öz təstiqini tapıb.

- Daha bir iddiaya görə, Faiq Əhmədov adında əsgər hərbi qulluqçumuzun yerini ermənilərə deyib. Ermənilər onu snayperlə vurub. Bu barədə nə deyə bilərsiz?

- Bəli, belə bir fakt mövcuddur. N saylı hərbi hissənin zabiti Əhmədov Faiq Əlibəy oğlu baş leytenant hərbi rütbəsində qulluq edən zaman düşmənlə məxfi əlaqəyə girməklə pul müqabilində bir neçə hərbi qulluqçumuzu düşmən tərəfə satıb. Eləcə də Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçunun olduğu yerin koordinatlarını düşmən tərəfinə ötürüb və Ermənistan ordusu tərəfindən bu məlumatlardan istifadə edilərək müvafiq silahlar işlədilməklə bizim hərbi qulluqçu qətlə yetirilib. Bu faktlar da tam olaraq sübuta yetirilib və istintaq materiallarında əksini tapıb.

- Hələ də "Tərtər işi” ilə bağlı Respublika Hərbi Prokurorluğu ittiham olunur. Qurumun ünvanına səsləndirilən tənqidlərin sayı tükənmir. Hərbi Prokurorluğun hadisə ilə bağlı konkret hansı xidmətləri olub?

- Sosial şəbəkələrdə Hərbi Prokurorluq tərəfindən istintaq müddətində və istintaqdan əvvəl işgəncəyə məruz qalmış, eləcə də işgəncə verən şəxslərə qarşı zorakılıq hərəkətlərinin törədilməsi hallarının göstərilməsi həqiqəti əks etdirmir. İstintaq zamanı Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası qanunları və beynəlxalq konvensiyalar əsas tutulur. Buna görə də Hərbi Prokurorluq tərəfindən istintaq zamanı ifadələrin alınması və digər prosessual hərəkətlərin aparılması zamanı qeyri-qanuni təsir vasitələrindən ümumiyyətlə istifadə olunmur. Hərbi Prokurorluqda belə cinayətlər heç də az istintaq edilməyib. Hətta Prokurorluq tərəfindən belə cinayətlərin aşkara çıxarılması üçün xüsusi taktika və metodika işlənib hazırlanıb. Heç bir qanunsuz hərəkətlərə yol vermədən əsaslı sübutlarla məsələyə hüquqi qiymət verilməsi mümkündür. O ki qaldı, Hərbi Prokurorluq əməkdaşlarının istintaq prosesi zamanı, sizin təbirinizcə desək, işgəncə verənlərə qarşı işgəncə verməsi və nəticədə həmin şəxsi təqsirləndirilən şəxs qismində cəlb etməsi ağlabatan və məntiqli deyil. Hətta deyərdim absurddur. Çünki həmin şəxslər istintaq zamanı və məhkəmə araşdırması zamanı bu barədə bildirər və bu da müvafiq qərarlarda öz əksini tapmaqla hüquqi nəticəyə səbəb olardı. Eyni zamanda onu da bildirməliyəm ki, dövlətə xəyanətdə təqsirləndirilən hərbçilərə fiziki təsirlər göstərən şəxslər, həm ibtidai istintaqda verdikləri ifadələrində, həm də məhkəmədə verdikləri ifadələrində əməllərindən qəti şəkildə peşman olmadıqlarını və bu cür hallar baş verərsə, yenidən eyni əməli törədəcəklərini emosional şəkildə bildiriblər. Buna misal olaraq Vətənə xəyanətə görə həbs edilmişlərə işğəncə verməkdə şübhəli bilinən və həbs edilən gizir Maşayev Sənanın məhkəmədə son sözünü olduğu kimi təqdim edirəm:

"Cənab hakim! Kimsə elə bilməsin ki, biz dövlətimizdən küskünük, nədənsə peşmanıq, biz sınmışıq. Biz, şərtlər nə olursa, olsun, dövlətimizə xidmət üçün yetişdirilmişik, belə tərbiyə görmüşük.

Bizi belə böyüdüblər. İki ilə yaxındır burdayıq, amma bir dəfə valideynlərimiz bir dövlət orqanının qapısını döyüb deməyib ki, bizim bu qədər dövlətimiz üçün xidməti olan, düşmən arxasında saysız-hesabsız fəaliyyəti olan oğlanlarımızı niyə həbs etmisiz? Bəlkə gəliblər?
Gəlməyiblər, gəlməyəcəklər də...

Amma görürsüz, xainlərin valideynləri dağıdır aləmi, hamı da onlara züy tutur. Dövlət üçün öldürmək də, ölmək, zindanda çürümək də var.

Biz dövlətimiz üçün lazım olanı etmişik, bəlkə də hardasa qanundan kənara çıxmışıq, amma lazım olanı etmişik.

Siz yaxşı bilirsiz, xainlərin əməllərini, onların planlaşdırdıqları təxribatları, terror aktlarını və bunun nə ilə nəticələnəcəyini, nə qədər itki verəcəyimizi...

Bu gün azı 200 hərbçi, ailə başçısı rahat evində, ailəsinin başındadı. Amma bu, olmaya da bilərdi, bu işi biz vaxtında açmasaydıq...

Bu gün, biz burdayıq, Vətən sağ olsun! Xəyanətkarların əməlləri vaxtında aşkarlanmasaydı, bəlkə də biz qarışıq yüzlərlə hərbçimiz həyatda deyildi və həmçinin neçə-neçə qəhrəman oğullarımızın qanı bahasına aldığımız yüksəkliklər düşmənin nəzarətinə keçəcəkdi, dövlətimiz, xalqımız yenə düşmən önündə başı aşağı olacaqdı. Qarabağla bağlı arzularımız birdəfəlik puç olacaqdı.

Amma biz buna imkan vermədik, bu yanımda oturan oğlanların sayəsində...

Tarixdə həmişə qəhrəmanlar olub, amma elə qəhrəmanlar olub ki, onların əməlləri, adları 10 illər sonra üzə çıxıb.

Biz qəhrəmanlıq eşqində deyilik, heç fikrimiz də yoxdu. Bizim üçün həmişə bir amal olub: "Söz konusu Vətənsə, gerisi təfərrüatdı".

Təki Vətən sağ olsun!"

- "Tərtər” işi üzrə vəzifə səlahiyyətini aşmış şəxslərin yenidən cinayət məsuliyyətinə cəlb olunması gözlənilirmi?

- Bizim qanunlarda nəzərdə tutulur ki, şəxs cinayət törətdikdə barəsində istintaq aparılır və yekunlaşdıqdan sonra aidiyyəti üzrə məhkəməyə göndərilir. Məhkəmə də öz növbəsində yenidən istintaq aparır və yekunda şəxsin təqsirli olub-olmaması barədə, yəni ittihamedici hökm çıxarır. Yaxud bəraət verilməsi barədə Azərbaycan Respublikasının adından qərar qəbul edir. Şəxs də öz növbəsində qəbul edilmiş məhkəmə qərarından narazı olduqda Apelyasiya məhkəməsinə müraciət edir, o qərardan da narazı qaldıqda isə Ali Məhkəməyə kassasiya şikayəti verir. Həmçinin, ittiham tərəfi olaraq prokurorluğun da qəbul edilmiş qərarı ilə razılaşmadıqda apellyasiya və kassasiya protestləri vermək hüququ var. Son nəticədə Ali məhkəmənin qəbul etmiş olduğu qərar qəti hesab olunur. Məhkəmələr tərəfindən Azərbaycan Respublikasının adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş qərarlar qanun qüvvəli akt olmaqla yanaşı, ona digər hüquqi müdaxilə mexanizmi mövcud deyil. Qeyd edilən bu proses ədalətli hesab olunmaqla bütün müasir hüquqi dövlətlərin hamısında mövcuddur.

Mən özümlə sizin sayt vasitəsi ilə geniş ictimaiyyətin diqqətinə təqdim etmək üçün istintaq zamanı çəkilən video faktları da gətirmişəm. Burada "Tərtər işi” hadisələrinin istintaqı zamanı dövlətə xəyanətdə günahlandırılan bir neçə şəxsin günahlarını etiraf etməsi ilə bağlı videogörüntülər var. Onu da deyim ki, bu, hələ işin kiçik bir hissəsidir. Hadisələrdən dörd ildən çox keçməsinə baxmayaraq, indi bu hadisələrİ böyük həvəslə gündəmə gətirərək Azərbaycan dövlətinin əldə etdiyi Böyük Zəfərə kölgə salmaq istəyənlər, hüquq mühafizə orqanlarımızın fədakar əməyini ləkələməklə ölkə vətəndaşının ona olan inamını qırmağa cəhd edənlər, ən əsası dövlətimizə və dövlətçiliyimizə xor baxan hər kəs qoy bu videoları izləsinlər. Bu videolara baxandan sonra bəlkə başa düşərlər ki, bu Vətən bizim hamımızındır, hər yerdə də kifayət qədər fədakar, qəhrəmanlar oğullar var. Cəmiyyətimiz də bu videolara baxıb görsün ki, "Tərtər işi”nin əslində mahiyyəti nədir və bunu o qədər də açıb-ağartmağa dəyməz.

P.S. Bizim.Media "Tərtər işi”ndə istintaq əməliyyat qrupunun üzvü olmuş Hümmət Məmmədovun təqdim etdiyi həmin görüntüləri izləmək üçün oxucuların ixtiyarına verir.













 

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər