Gündəm


MUMtv.az: - Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək. Bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdülqədirov deyib. Onun sözlərinə görə, indiyə qədər I, II və III qrup üzrə əlillik təyinatları aparılıb: "Bu, sadəcə qrup təyinatı idi. Artıq əlilliyin yeni meyarlarına dair sənədlər Milli Məclisə verilib. Əlilliyə görə qruplar ləğv ediləcək. İnsan orqanizminin itirilməsi faizlərlə ifadə olunacaq. İndiki I qrup 81-100, II qrup 61-80 faiz, III qrup 31-60 faiz olacaq. Eyni zamanda, 10-30 faiz üzrə isə sadəcə istehsalat zədəsi, peşə xəstəliyi olduğu halda əlillik qiymətləndirilməsi aparılacaq. Burada bir çox aparıcı ölkələrin təcrübəsi öyrənilir". Agentlik sədri qeyd edib ki, bu il əlillik təyinatı ilə bağlı 80 min müraciət olub, onlardan artıq 25 mininə təyinat verilib.

Tanınmış jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, Qarabağ qazilərinə əlillik dərəcələrinin verilməsi ilə bağlı çox diqqətli olmaq lazımdır. O qeyd edib ki, istehsalat qəzasında əlil olan şəxslə vətən üçün can qoyan şəxslər bərabər tutulmamalıdır:

"Hesab edirəm ki, xüsusən Qarabağ qazilərinə əlillik dərəcələrinin verilməsi, onların sosial problemlərinin həll edilməsi, pensiya təminatı və sair məsələlərdə çox diqqətli davranmaq lazımdır. Yəni dövlət mümkün olan maksimum yardımları etməlidir. Onlara güzəştlər mütləq, maksimum dərəcədə tətbiq edilməlidir. Təminatları həmişə daha öndə olmalıdır.

Əlbəttə ki, əlilliklə bağlı dərəcələrin verilməsi, yaxud da ki, əlilliyin qiymətləndirilməsi məsələsində də diqqətli olmaq lazımdır. Tutaq ki, bir istehsalat qəzasında ayağını itirmiş adamla fikrimcə, vətən üçün can qoyarkən ayağını itirmiş adam bərabər tutulmamalıdır. Yəni burada əlavə güzəşt və əlavə hansısa ödəniş olmalıdır.

Çünki bu adam bilərəkdən canını fəda etmək üçün gedib ora. Yəni bilib ki, qarşıda onu ölüm gözləyir və yaxud da xəsarət gözləyir. Ona görə də bunu bilərək getmiş adamla tutaq ki, təsadüfən avtomobil qəzasında ayağını, əlini itirmiş adamı bərabər tutmaq olmaz.

O baxımdan düşünürəm ki, fərqləndirmə olmalıdr. Bu fərqləndirmə də təbii ki, Qarabağ qazilərinin, ümumiyyətlə, Vətən uğrunda savaşanların xeyrinə olmalıdır".

Son xəbərlər

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

Bütün xəbərlər