Gündəm

Alimpaşa həbsə girdi, maralları saman ümidinə qaldı
MUMtv.az: - Şəmkir rayonunun bu günlərdə DTX tərəfindən həbs olunan icra hakimiyyəti başçısı (əlbətdə, indiki halda keçmiş başçısı) Alimpaşa Məmmədovun çoxşaxəli biznesi barədə faktlar artıq ictimaiyyətə məlumdur. Rəsmi məlumatda da bildirildiyi kimi Alimpaşa Məmmədov korrupsiya yolu ilə əldə edilmiş vəsaitlər hesabına Şəmkirdə "Az Farel” balıqyetişdirmə təsərrüfatı qurub, "Şəmkir səbəti” ticarət mərkəzi açıb və digər gəlirli biznes sahələrində "oturub”. Əlbətdə, bütün bu işləri keçmiş başçının varisi, yəni oğlu idarə edirdi.

Daha sonra məlum olmuşdu ki, Alimpaşanın həm də maral təsərrüfatı varmış. Bu maral təsərrüfatı ona nə qazandırırmış, burası məlum deyil. Amma indi məlum olan budur ki, Alimpaşanın DTX təcridxanasına salınmasından sonra onun maralları ac-susuz, quru saman ümidinə qalıb. Bu haqda "Azadlıq” radiosunun müxbirinin hazırladığı reportajda deyilir.

Kür qəsəbəsində yerləşən maral təsərrüfatının qapısı 10 günə yaxındır ki, bağlıdır. Maral fermasının yaxınlığında yaşayan Sabir Bağırov danışır ki, Alimpaşa Məmmədov icra hakimiyyətinin başçısı olanda onun maralları naz-nemətlə bəslənirdi, hər gün heyvanlara palıd qozası, xüsusi yen verilirdi. İndi isə marallar quru samana möhtac qalıblar. "Amma indi baxan yoxdur. Daha doğrusu baxan var, amma yem gətirəni yoxdur. İcra hakimi getdi, ondan sonra gəlib-gedən, axtaran yoxdur. Göz görə-görə batıb gedir heyvanlar...”,-o deyir.

Bəlli olub ki, Alimpaşanın həm də qaz femrası var, indi onun qazları da baxımsız qalıb.

Keçmiş icra hakimiyyəti başçısının Seyfəli kəndində yerləşən "Az Farel” MMC balıq yetişdirmə təsərrüfatında da işlər yaxşı deyil, üstəlik heç əvvəldən də yaxşı olmayıb. Kəndin sakini Gülnarə Mehdixanova deyir ki, Alimpaşa Məmmədovun ailəsinə məxsus balıq təsərrüfatı tikiləndən sonra kəndi içməli su ilə təchiz edən arxın suyu balıq dadı verir. "Məcburuq, həmin suyu evdə istifadə edirik, balıq dadı vesə də içirik...”,-qadın deyir.

Bu sakinin dərdi təkcə suyun balıq dadı verməsi deyil, o bildirir ki, təsərrüfat yaradılanda ona məxsus 40 sot torpaq zəbt olunub. Nəticədə dolanışığı çox çətinləşib. "Bir qəpik də vermədilər, qaldım çarəsiz...”-o deyir. G.Mehdixanovadan başqa daha bir neçə sakin eyni aqibətlə üzləşib.

Rəsmi məlumata görə, "Az Farel” MMC-də 250 nəfər işlə təmin olunub, gələcəkdə işçilərin sayını min nəfərə çatdırmaq planlaşdırılır. Lakin sakinlər deyirlər ki, əslində təsərrüfatda çox az adam işləyir, üstəlik cüzi maaşa. Və işçilərin bir çoxu işdən çıxarılıb. Əlifə Məmmədova adlı sakin deyir: "Uşaqlarımız orada işləyirdi, çıxdılar. Çünki çox az maaş verirlər, cəmi 250 manat. Gündə 12 saat işlədirlər, 250 manat verirlər. Bu pula neyləmək olar? O suyun içində səhərdən axşama qədər işləyib xəstələnirdilər, aldıqları pul heç dərmanlarına çatmırdı. Yoldaşım da orda işləyirdi, çıxardılar. Demişdilər çağıracağıq, çağırmadılar”.

Alimpaşanın biznesinə aid olan "Şəmkir Səbəti”ində isə alver gedir, ticarətçilər danışmağa elə də həvəsli deyillər. Amma sakinlər danışırlar ki, bu ticarət mərkəzi onlara məxsus pay torpaqlarının zəbt olunması hesabına yaradılıb. Rəsmi məlumatda deyilirdi ki, Alimpaşa Məmmədov Çinarlı bələdiyyəsi tərəfindən təsis edilən, mülkiyyətində 3 milyon manata yaxın əmlak olan "Çinarlı qəsəbə” MMC-nin bütün səhmlərini oğluna məxsus "Şəmkir Səbəti” MMC-yə cəmi 40 manata satıb.// Virtualaz.org

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər