Gündəm
Gündəm / Siyasət / Dünya
Ermənistanın diaspor komissarının istefası TƏLƏB OLUNDU
ABŞ-dakı erməni diasporu Diaspor İşləri üzrə Baş Komissar Zare Sinanyanın istefasını tələb ediblər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ABŞ-ın Qərb sahilindəki diaspor təşkilatları Sinanyanın mayın 2-10-u aralığında ölkəyə səfər etməsinə etiraz ediblər.
"Zare Sinanyan Paşinyanı müharibəyə qədərki, müharibə zamanı və sonrakı dövrdə dağıdıcı hərəkətlərinə görə tənqid etməyi və beləliklə, vətənə xəyanət işində o, Paşinyanla əlbirdir”- deyə açıqlamada deyilir.