Gündəm
Gündəm / Sosial / Səhiyyə
"Vaxzevria” vaksini 60 yaşdan yuxarı şəxslərə vurulacaq
Azərbaycanda "Vaxzevria” vaksini (İstehsalçı şirkət "AstraZeneca") 60 yaş və daha yuxarı şəxslərə tətbiq olunacaq.
MUMtv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.
Qeyd edək ki, mayın 3-dən Azərbaycanda "Vaxzevria” vaksinin tətbiqinə başlanılır. "COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza "Vaxzevria” peyvəndi gətirilib.