Gündəm
Gündəm / Siyasət / Hadisə
Generalın həbs edilən bacısı oğlunun yerinə qudası gətirildi - CAMAATI ƏLƏ SALIRLAR?..
MUMtv.az: - Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev bir neçə gün öncə koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, hazırda sözgedən hospitalın baş həkimi vəzifəsini icra etmək Yeganə Abbasovaya həvalə olunub.
Qeyd edək ki, Y.Abbasova Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin qudası, həbs olunan sabiq baş həkim Ağayev İmran Əli Ağa oğlu isə onun bacısı oğludur.