mumtv.az
mumtv.az

Avropa çempionatı: Daha bir güləşçimiz ermənini məğlub etdi

Avropa çempionatı: Daha bir güləşçimiz ermənini məğlub etdi
24-04-2021, 13:56 107 dəfə baxılıb

Avropa çempionatı: Daha bir güləşçimiz ermənini məğlub etdi
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov təsəlliverici qarşılaşmada Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edib.

Süleymanov medal uğrunda qarşılaşmada ukraynalı Dmitri Pışkovla üz-üzə gələcək. Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Sənan Süleymanov 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında qızıl medal qazanıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA