Gündəm

Merkel niyə Qarabağ dedi: Kremlə xəbərdarlıq, Qərbə çağırış
Almaniya kansleri Angela Merkel Dağlıq Qarabağdakı vəziyyətdən narahat olduğunu deyib.

MUMtv.az-ın Cebhe.info-ya istinadən məlumatına görə, xanım kansler bu barədə Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının iştirakçılarına videomüraciətində söz açıb.

"Avropanın xarici sərhədlərinə baxsaq, bu gün sülh və təhlükəsizliyin, sabitliyin və rifahın normal qəbul edilmədiyi aydın olar. Belarusda, Ukraynanın şərqində və Krımda, Dnestryanı bölgədə, Cənubi Osetiyada, Abxaziyada, Dağlıq Qarabağda və əlbəttə ki, Suriya və Liviyadakı vəziyyət daha çox həyəcan doğurur”, - deyə Merkel bildirib.

Angela Merkelin açıqlaması ilk növbədə, coğrafi baxımdan, Avropanın çevrəsi boyunca yerləşmiş və qitəninin təhlükəsizliyi üçün problem yaradan münaqişələrdən narahatlığı kimi başa düşülə bilər. Hətta Suriya və Liviya istisna olmaqla bu münaqişələrin əksəriyyəti Avropa dövlətlərinin ərazisində baş verir. Suriya və Liviyada vətəndaş müharibəsinin genişlənməsi isə Avropa dövlətləri üçün terrorçuluq və qaçqınlar problemi yaradır.

Ancaq Almaniya kanslerinin adını çəkdiyi ölkələrə baxsaq, söhbət məhz Rusiyanın işğal etdiyi, münaqişəyə qatıldığı və geosiyasi təsir zonası uğrunda mübarizə apardığı bölgələrdən gedir. Belarusda hər hansı münaqişə mövcud deyil. Buna baxmayaraq, Belarus xüsusilə ötən ilin avqust ayından etibarən Qərb və Rusiya arasında təsir dairəsi uğrunda mübarizə zonasına çevrilib.

Ona görə də həm Rusiya, həm də Qərb Belarusdakı siyasi proseslərə özünün təhlükəsizliyi məsələsi kimi baxır. Eyni vəziyyəti Ukraynaya da aid etmək olar. 2014-cü ildə Rusiyanın Donbassı və Krımı işğal etməsi Şərqi Avropanın təhlükəsizliyi məsələsini gündəmə gətirdi. Son vaxtlar Rusiya ilə Ukrayna arasında vəziyyətin gərginləşməsi ABŞ-ı və Avropanı ciddi narahat etməyə başlayıb.

Abxaziya və Cənubi Osetiya da Rusiya tərəfindən işğal edilib. Dnestryanı bölgədə və Dağlıq Qarabağda Rusiya sülhməramlı adı altında öz qoşunlarını yerləşdirib. Buna baxmayaraq, həmin ərazilərdə Rusiyanın 1990-cı illərin əvvəllərində yaratdığı münaqişə tam həll olunmayıb.

Suriya münaqişəsində qalib tərəfə çevrilən Rusiyanın bu ölkədə iki hərbi bazası mövcuddur. Eyni zamanda Rusiya Liviyada qiyamçı Xəlifə Həftərə dəstək verməklə hakimiyyət dəyişikliyinə nail olmağa çalışır. Bununla da Rusiya vaxtı ilə SSRİ-nin Liviyada malik olduğu hərbi bazalarını bərpa etməyə, isti dənizlərə çıxış imkanlarını artırmağa və Avropaya nəql olunan neft və qaz mənbələrinə nəzarəti ələ almaq istəyir.

Yəni Merkelin narahatlıqla adını çəkdiyi ölkələr və münaqişə bölgələrinin hamısı nəzərləri Rusiyanın üzərinə yönəldir. Əlbəttə, xanım kansler çıxışının sonrakı hissəsində Rusiya ilə münasibətlərin dialoq çərçivəsində qurulmasının tərəfdarı oluduğunu bəyan edib. Onun bu açıqlaması Rusiyadan təbii qaz idxalına nail olmağa cəhd edən Almaniya hökumət başçısının ehtiyatlı gedişi kimi dəyərləndirilə bilər.

Ancaq hiss olunur ki, Avropanın sərhədləri boyunca Rusiyanın hərbi qüvvələrinin sayının və geosiyasi təsir dairəsinin genişlənməsi, hətta təbii qazın idxalı məsələsində ABŞ-la fikir ayrılığı yaşayan Almaniyanı da narahat edir. Angela Merkel ad çəkməsə adını saydığı həyəcanlı bölgələr istər-istəməz diqqəti Rusiyanın üzərinə yönəldir. Ona görə də xanım Merkelin açıqlamasını Kremlə xəbərdarlıq, Qərbi isə bu təhlükənin qarşısını almağa çağırış kimi başa düşmək olar.

Son xəbərlər

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

Bütün xəbərlər