Gündəm

İranın Suriya, Livan və İraqdakı əməliyyatlarına rəhbərlik edən general qəflətən öldü
MUMtv.az: - İranın təhlükəsizlik aparatında çox mühüm fiqur hesab olunan yüksək rütbəli general qəfil ölüb. Virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, briqada generalı Məhəmməd Hüseynzadə Hicazi İnqilab Keşikçiləri Korpusunun xüsusu təyinatlı "Qüds” qüvvələrinin komandan müavini idi. Onun 65 yaşında "qəfil ürək tutmasından” öldüyü bildirilir, hər hansı digər təfərrüatlar açıqlanmır.

General Hicazi "Qüds” qüvvələrinin İraq, Livan və Suriyadakı əməliyyatlarına rəhbərlik edirdi və 2020-ci ilin yanvarında ABŞ-ın dron zərbələri ilə Bağdad aerportu yaxınlığında öldürülən əfsanəvi general, "Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin yaxın silahdaşı, "sağ əli” hesab olunurdu.

1956-cı ildə İsfahanda anadan olan Hicazi 1979-cu il islam inqilabından sonra İnqilab keşikçiləri Korpusuna qoşulub, 10 il ərzində hərbiləşdirilmiş könüllülər dəstəsi olan "Bəsic”ə rəhbərlik edib. Həmin qüvvələr rejimin və İranın siyasi aparatının əsas dayağına çevrilib.

General Hicazi ötən ilin aprelində "Qüds” qüvvələrinin komandan müavini təyin edilmişdi. Bundan əvvəl isə o, İnqilab Keşikçilərinin Livandakı hərbi qüvvələrinə komandirlik edirdi.
 

Son xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Bütün xəbərlər