Gündəm
Gündəm / Cəmiyyət
Orfoqrafiya lüğətində koronavirus, koronafobiya, koronaviruslu sözləri yer alıb
Yenicə çapdan çıxmış "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə (yenidən işlənmiş 7-ci nəşr) koronavirus sözü də yer alıb.
MUMtv.az-ın "Report”a istinadən xəbərinə görə, lüğətə həmçinin, koronafobiya, koronaviruslu və koronavirussuz sözləri də əlavə edilib.
Qeyd edək ki, lüğət bu həftə işıq üzü görüb. Sonuncu orfoqrafiya lüğəti isə 2013-cü ildə çap edilmişdi. "Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.