Gündəm

Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb
MUMtv.az: -  Energetika naziri Pərviz Şahbazov Energetika Nazirliyi yanında yeni yaradılmış ictimai şuranın üzvləri ilə görüşüb.

Nazir ictimai şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi və ictimai iştirakçılığa xüsusi diqqət yetirdiyini qeyd edib, dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq vəzifələrin müəyyən edildiyini diqqətə çatdırıb.

Görüşdə aidiyyəti sahələr üzrə yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işlərində ictimai şuranın iştirakına geniş şəraitin yaradılacağı, şura üzvlərinin rəy və təkliflərinə diqqətlə yanaşılacağı vurğulanıb. Digər sahələr üzrə də ictimai şuranın üzvləri ilə sıx əməkdaşlıq şəraitində uğurla fəaliyyət göstəriləcəyinə əminlik ifadə olunub. Görüş zamanı ictimai şuranın üzvləri seçkilərin şəffaf və ədalətli keçirildiyinə görə təşəkkür edərək, əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Sonda ictimai şuranın üzvlərinə vəsiqələr təqdim edilib.

Qeyd edək ki, "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun icrasını təmin etmək məqsədilə tərkibi 7 nəfərdən ibarət Energetika Nazirliyi yanında ictimai şura yaradılıb.

Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb

Son xəbərlər

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Bütün xəbərlər