Gündəm

DSX əməkdaşı Elçin Quliyevə müraciət etdi
Dövlət Sərhəd Xidmətinin (DSX) qulluqçusu, hüquqşünas, gizir Tural Fədai oğlu Azadəliyev xidmətin rəisi general-polkovnik Elçin Quliyevə müraciət ünvanlayıb.

O, "Arqument.az"a açıqlamasında əsassız olaraq xidmətdən uzaqlaşdırıldığını bildirib.

Azadləliyev dəfələrlə DSX rəisi Elçin Quliyevə müraciət etdiyini, lakin şikayətlərinin heç birinin ona çatmadığını deyir. O qeyd edir ki, ona hərbi rütbə verilməyib, bunu tələb etdikdə isə təhdidlərlə üzləşib.

DSX əməkdaşı Elçin Quliyevə müraciət etdi

Tural Azadəliyev

Hüquqşünas Elçin Quliyevə ünvanladığı müraciətdə yazır: "Cənab genaral-polkovnik, mən gizir Tural Fədai oğlu Azadəliyev Cəlilabadda Göytəpə sərhəd dəstəsində təhqiqatçı vəzifəsində xidmət edirəm. Nəzərinizə çatdırıram ki, bu mənim Sizə ilk müraciətim deyil. Bir ay öncə valideynlərim də poçt vasitəsilə müraciət ediblər, lakin Dövlət Sərhəd Xidmətinin Aparatındakı vəzifəli şəxslər bunu Sizdən gizlədiblər. Valideynlərim hətta Kadrlar şöbəsinin rəis müavini general-mayor Ayaz Hüseynovun qəbulunda da olublar. Ayaz Hüseynov valideynlərimə bildirib ki, heç kim bizə təsir və təzyiqlə rütbə verdirə bilməz. Onu da deyib ki, mən naxçıvanlıyam, mənə heç kim heç nə edə bilməz".

"Cənab general-polkovnik, qanunla danışmaq haçandan təzyiq hesab olunur? Axı niyə bu cür şəxslər biz cavanların karyerasını ləkələyir? Mən Sizin əmrinizlə 2020-ci il təqvim ilinin sentyabr ayında xidmətə qəbul olunmuşam. DSX-nin aparatında nə az, nə çox düz 2 generalın qəbulunda olmuşam. Bildiriblər ki, çox savadlı hüquqşünassan.

"Hərbi vəzifə və hərbi xidmət keçmək haqqında" Qanunun 30 maddəsinin 3-cü bəndi izah edir ki, tibb və hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərin və generalların hərbi rütbələrinə müvafiq olaraq "tibb xidməti” və "ədliyyə” sözləri əlavə edilir. Qanunla və praktikada heç bir hərbiləşdirilmiş və yarıhərbiləşdirilmiş qurumda təhqiqatçıya gizir rütbəsi verilmir. Bundan əlavə, praktikada ədliyyə giziri anlayışı mövcud deyil. Mən vətən müharibəsi iştirakçısı, general-leytenant Azad Ələkbərovun qəbulunda da olmuşam. İntellektual və nəzəri biliklərimi yoxlayıb. Bildirib ki, izahatda qeyd et, köməklik göstəriləcək, lakin heç bir köməklik olmadı", - Azadəliyev qeyd edib.

Azadəliyev deyir ki, rütbə istəyəndən sonra hərbi hissədə ona tzəyiqlər artıb və ayrı-seçkiliyə məruz qalıb: "Azərbaycan Respblikası Konstitusiyasının 148-ci maddəsinin 3 bəndini rəhbər tutaraq bildirirəm ki, qanunlar əsasnamələrdən üstün normativ hüquqi aktdır. Sərhəd qoşunlarında isə mənə bildirdilər ki, Hərbi xidmət keçmək haqqında" Əsasnamənin 58-ci maddəsində qeyd olunub ki, zabit vəzifəsində 1 il vəzifəni icra etmədən rütbə verilə bilməz. Təbii ki, hüquqşünas olaraq araşdırdım və həmin maddənin (i) bəndi gözümnən qaçmadı. Həmin bənddə qeyd olunub ki, mülki ali tədris müəssisələrini bitirmiş, müddətli həqiqi hərbi xidməti keçmiş həqiqi hərbi xidmətə - zabit heyəti vəzifələrinə təyin edilən hərbi vəzifəlilərə rütbə verilməlidir. Kursa cəlb olunan digər hüquqşünas yoldaşımıza rütbə verilib. Belə çıxır ki inzibati icraat haqqında qanunun 12-ci maddəsinə şəxsi mülahizələrlə yanaşılır? Axı həmin normativ hüquqi aktda açıq aşkar qeyd olunub ki, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır".

Hüquqşünas DSX rəisinə müraciətində Kadrlar şöbəsinin Konstitusiyanı da kobud şəkildə pozduğunu deyir: "Cənab general-polkovnik, bəs Konstitusiyanın 25-ci maddəsi bizə vəd etdiyi bərabərlik hüququ hara getdi? İnsan öz hüquqlarını tələb etdikdə mütləqdir ki, ona "demaqoq" damğası vurulsun? Bu azmış kimi general Ayaz Hüseynov mənim hərbi biletimə "xidmətə uyğunsuzluq" maddəsini qeyd edib və əmrlə məni təxris edib. Haqqımı tələb etdiyim üçün bu cür ayrı-seçkiliklə üzləşmişəm. Bu günə qədərdə müxtəlif vəzifəli şəxslər tərəfindən hədələnmişəm, bu azmış kimi hələ hərbi biletim də korlanıb. Xidmətə uyğunsuzluqla heç bir yerdə işə düzəlmək olmur. Hüquqşünaslar bunu yaxşı bilirlər. Hərbi qanunvericilikdə "xidmətə uyğunsuzluq" anlayışı məhkumluğa bərabər termindir".

Azadəliyev onu da qeyd edib ki, o, hospitalda müalicədə olduğu halda hərbi hissə onu işdən çıxarıb: "Dedim ki, bülletendəyəm. Mənim xəbərim olmadan işdən çıxarıblar. Kadrlar şöbəsindən kapitan Məmmədov mənə zəng etdi ki, səni işdən azad edirik, gəl ərizəyə qol çək".

Hərbi qulluqçı Elçin Quliyevdən bu məsələyə reaksiya verməyi xahiş edib: "Sizdən xahiş edirəm ki, mənə qarşı edilən bu ədalətsizliyin qarşısını alasınız. Mən Türkiyədə yaşayırdım. Magistratura pilləsinə imtahan verdiyim gün Dövlət Sərhəd Xidməti məni xidmətə çağırdı. Həyat yoldaşım tibbi genetika üzrə alimdir. Osman Qazi Universitetinin elmi heyəti ilə qardaş Türkiyəni və Azərbaycanı İsveçrədə təmsil edib. Doğma vətənə xidmət etmək arsuzu ilə vətənə qayıtdım. Öz övladım doğuldu üzünü görmədim. İndi isə mənim karyeram ləkələnib. Çox xahiş edirəm işi şəxsi nəzarətinizə götürəsiniz".

Kadrlar şöbəsinin kapitanı Məmmədov Azadəliyevin işdən çıxarıldığını "Arqument.az"a təsdiqləyib, lakin əlavə məlumat verə bilməyəcəyini deyib. Dövlət Sərhəd Xidmətinin Mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb. Eyni zamanda, DSX şikayətlə bağlı "Arqument.az"ın yazılı sorğusunu cavablandırmayıb.

DSX əməkdaşı Elçin Quliyevə müraciət etdi
DSX əməkdaşı Elçin Quliyevə müraciət etdi
DSX əməkdaşı Elçin Quliyevə müraciət etdi
DSX əməkdaşı Elçin Quliyevə müraciət etdi
DSX əməkdaşı Elçin Quliyevə müraciət etdi
DSX əməkdaşı Elçin Quliyevə müraciət etdi
DSX əməkdaşı Elçin Quliyevə müraciət etdi
DSX əməkdaşı Elçin Quliyevə müraciət etdi

Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər