Gündəm


Əməkdar artist Tünzalə Əliyeva Moderator.az-ın suallarını cavablandırıb.

- Tünzalə xanım, teatrlar yəqin ki, sentyabr ayına qədər qapalı olacaq. Bir aktrisa teatrsız necə yaşayır?

- Təbii ki, çətindir, amma nə etmək olar? Biz dövlətin qoyduğu qayda-qanunlara riayyət edirik, etməliyik də. Sənətçilər səhnə üçün darıxıblar. Nə vaxt açılsa o vaxt da eyni sevgi ilə səhnəyə qayıdacağıq. Etiraf edim ki, tamaşaçı və səhnə üçün çox darıxmışam.

- Siz əvvəldən İrəvan teatrında çalışmısız yoxsa?

- Bəli, Bakıda ilk dəfə İrəvan teatrında çalışmışam. Gəncə Dövlət Kukla teatrında az müddət işləmişəm. Hal-hazırda iki bacım da bu teatrda çalışır. Biri rəssamdır, digəri isə aktrisa.

- Demək ki, bu sənətə siz ailəlikcə xidmət edirsiz?

- Atam fəhlə, anam isə tibb bacısı olub. Mən uşağlıqdan Gəncədə alimlər evi deyilən bir dərnək var idi, orada teatr kursuna gedirdim. Ona görə də evdəkilər artıq öyrəşmişdi və bilirdilər ki, mən teatrı sevirəm. Kiçik tamaşalarda da çıxış edirdim. Ona görə də valideynlərim bu sənəti seçməyimi etirazla qarşılamadı.

- Səhhətiniz necədir?

- Şükür Allaha, onu deyib durmuşuq. Sonuncu analiz nəticələrinə görə hər şey yaxşıdır, bir dəfə də may ayında yoxlanışdan keçəcəm. Mənə şirniyyat və un məmulatları olmaz, bunları qida rasionumdan çıxarmışam. Pəhrizə başlamışam.

- Hazırda pariklə gəzirsiz. Bu sizdə kompleks yaratmır?

- Əslində mən heç pariki də sevmirəm, başıma yaylıq örtürəm adi həyatda. Televiziyaya çıxanda isə parikdən istifadə edirəm. Tam komplekssizəm. Saçım olmayanda da efirlərə çıxırdım.

- Yəqin ki, saçlarınız üçün darıxmısız?

- Saçlarım yavaş-yavaş çıxır artıq. 3 ildir ki, buna öyrəşmişəm. Bu mənim üçün önəm daşımır, olacaqsa olacaq, olmayacaqsa yox. Bu xəstəliyə mənəvi cəhətdən güclü olan insanlar qalib gəlir. Xoşbəxt olmasan da özünü xoşbəxt kimi göstərməlisən. Xəstəliklə barışmaq yox, onu yenmək lazımdır.

- Hal-hazırda xınayaxdılar da yoxdur, necə dolanırsız?

- Bu günümüzə şükürlər olsun. Televiziyada verilişim var, serialda çəkilirəm və bir də teatrdan məvacib alıram.

- Həyat yoldaşınız da işləyir?

- Onun da biznesi hazırda dayanıb. İndi heç bir yerdə iş yoxdur. Bir az çətin günlərdən keçirik, Allah köməyimiz olsun

- Ən çətin gününüz nə vaxt olub?

- Xəstəliyim yenicə başlayanda çətin günlər yaşadım, sonra isə ətrafım, ailəm mənə kömək etdi və xəstəliyi birlikdə yendik. Sağ-salamat bir qızımızı böyüdürük.

- İllər öncə çəkiniz çox idi, hətta çətinliklə gəzirdiniz, heç komplesk yaşayırdınız küçədə?

- O vaxtkı verilişlər və proqramlar sırf mənim çəkimlə bağlı olduğuna görə heç bir kompleks yaşamırdım. Sadəcə sağlamlığıma görə bu əməliyyatı keçirdim.

- Teatrda bu çəki ilə çıxış etmək çətin deyildi?

- Heç bir çətinlik yaşamamışam. Mənim üçün xüsusi xarakterlər səhnələşdirilirdi. Xarici görkəmim nəyə imkan verirdisə həmin rolları da oynayırdım.

- Amma kök vaxtınızı tənqid edənlər də olmuşdu.. Elə biri "Ulduz” filminin Naziki-Məleykə Ağazadə. Bir müsahibəsində bildirmişdi ki, Tünzalə efirə çıxıb, köklüyünü sərgiləyir.

- Səhv etmirəmsə Məleykə xanım hazırda dünyasını dəyişib. Ölənin arxasınca danışmazlar. O ki, qaldı kök insanın efirə çıxmasına. Azərbaycanda artıq çəkili xanım aktrisalarımız
da olub. Misal olaraq Münəvvər Kələntərli, Leyla Bədirbəyli və s. aktrisalarımızı göstərə bilərəm. Kök aktrisa səhnədə daha gözəgəlimli görünür.

- Bəzən instaqram sosial şəbəkəsində köhnə fotolarınızı paylaşıb, xoşagəlməz sözlər yazan istifadəçilər olur. Onlara necə cavab verirsiz?

- Nə mən, nə də həyat yoldaşım instaqramda yazılan o tənqidlərlə yaşayan insan deyilik. İndiyə qədər heç bir izləyicimi təhqir etməmişəm. Fikir mübadiləsi ola bilər, amma təhqirə keçməmişik.

- Bəs həyat yoldaşınız yazılan o tənqidləri necə qəbul edir?

- Həm mən, həm də həyat yoldaşım həyata başqa gözlə baxırıq. Övladımızı böyüdürük, onun sağlam yaşaması üçün əlimizdən gələni edirik. Hansısa rəyi görüb dərd etmirik. Rəydir də. Bu gün pis söz yazıb, sabah yaxşı yazacaqlar.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər