Gündəm

Mingəçevir sakini dələduzluqla qarşılaşmasından şikayətçidir
MUMtv.az: - Mingəçevir şəhər, Naxçıvan küçəsi 40, mənzil 66-da yaşayan İlkin Hacıyev "Gözətçi”yə göndərdiyi şikayətində dələduzluqla qarşılaşdığını bildirib.

Şikayətçinin sözlərinə görə, 2019- cu il noyabrın 14-də özünü Nar Mobile şirkətinin əməkdaşı kimi təqdim edən Ruslan adlı şəxs ona zəng edib və onda olan gold (qızıl) nömrəni yeddi yüz əlli manata satmaq istədiyini söyləyib:

"Mən də qiymətlə razılaşaraq almaq istədiyimi dedim. Həmin şəxs mənə bank kartı göndərdi və pulu ora köçürməyimi istədi. Səbəb olaraq da bildirdi ki, mən mərkəzə gedənə kimi bütün sənədləşdirmə işlərini həyata keçirə bilsin”.

İlkin Hacıyev deyilən məbləği bank hesabına köçürdükdən sonra görüş üçün təyin edilən Nar Mobile Mərkəzinə getsə də, adıçəkilən şəxslə görüşə bilməyib:

"Görüş yerində əvvəl danışdığım nömrəyə zəng etdim, ancaq zəng çatmadı. Dələduzun toruna düşdüyümü anlayıb, DİN-nin 102 Çağrı Mərkəzinə zəng edib şikayətimi bildirdim. Şikayətim Nərimanov rayon Polis İdarəsinə göndərildi”.

Şikayətçi iddiasına görə, onda olan bütün dəlil və sübutları işi araşdıran müstəntiq Rahib Əliyevə təqdim edib. Ancaq müstəntiq Əliyev işin bütün hallarını araşdırmadan, mütəşəkkil dəstə (Ruslan və bacısı Ceyran Rüstəmova) tərəfindən vətəndaşa dəymiş ziyanın geri qaytarılmasını tələb etmədən, əsassız olaraq, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

İlkin Hacıyev məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə, Baş Prokurorluğa və Ombudsmana müraciət etsə də, şikayəti cavabsız qalıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//dia.az

Son xəbərlər

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Bütün xəbərlər