Gündəm

Sahil Babayevin kadrı NARAZILIQ YARADIR... - İTTİHAM
 
 
 
 
 
 
 
 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Samirə Mehdiyevanın özbaşınalıqları davam edir. Direktor 70 yaşlı Hüseynağa Nuriyevdən sonra pansionun daha bir ahıl sakinini "dəlixanalıq edib”. S.Mehtiyevanın özbaşınalığı o həddə çatıb ki, "dəli” adı qoyduğu qocaların heç saqqalına, dünyagörüşünə də fikir vermir. Direktor əsla düşünmür ki, şərlədiyi şəxsi psixi xəstə kimi təqdim etməsi kənardan inandırıcı görünər, ya yox. Hətta heç onu da fikirləşmir ki, zülmə tabe olmayan qocaları "dəli” etməklə, pansionun sakinləri arasında psixi xəstələrin sayını göstərən statistikanı da süni şəkildə artırır ki, bu da özü-özlüyündə "Qocalar Evi”ndə psixoloji atmosferin qeyri-qənaətbəxş olduğunu göstərən mənfi tendensiyadır.

S.Mehtiyevanın "dəli elə və hökm sür” siyasətinin növbəti qurbanı əslən Kəlbəcər rayonundan olan Rafiq müəllimdir. Onu müəllim kimi təqdim etməkdə haqlıyıq – Adam S.Mehtiyevadan da savadlıdır, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur. Haqlı olaraq Vətən müharibəsi adlandırılan İkinci Qarabağ savaşında qazanılan qələbə hesabına torpaqlarımız, o cümlədən Kəlbəcər rayonu işğaldan azad olunanda sevinən Rafiq müəllim öz təqaüdü ilə quzu alıb, qurban kəsərək pansionun sakinləri arasında paylayıb. Yəqin, elə bu hərəkəti onu direktorun gözünə dəli kimi göstərib.

Redaksiyamıza verilən məlumatda o da qeyd olunur ki, direktor pansionatın ikinci mərtəbəsində Elmira adlı sakinin çoxdan məskun olduğu otağını əlindən alıb özünə mini-restoran eləyib.

Keçən ilin dekabr ayından anbardar vəzifəsində işləyən Anarı bu il mart ayının sonunda işdən kənarlaşdıraraq, onun yerinə öz rəfiqəsi Nurlananı yerləşdirən S.Mehtiyeva qərarını guya Anarın siyasi orientasiyasının şübhəli olması ilə əlaqələndirib. Bu barədə redaksiyamıza məlumat verən etibarlı mənbə bildirir ki, anbara mədaxil edilməli olan əksər ərzağın yalnız qaiməsi gəlib çıxır, məhsulun özü isə birbaş dükanlara yollanırdı. Bildirilir ki, direktor hətta bu korrupsiyaya qarşı çıxan mühafizəçi polislərin də başqaları ilə əvəzlənməsinə nail olub; indikilər "anbar əməliyyatı”na göz yumurlar. Həm də anbara "görünməyən” məhsulun "mədaxil” edilməsi, görünən məhsulların isə oğurlanılması həftənin şənbə və bazar günləri həyata keçirilir ki, birdən iş günlərində qəfil Nazirliyin nəzarətedici funksiya daşıyan hansısa işçiləri gəlib faktın üstünə çıxmasınlar. Bütün bunlar da Anarı narahat edir; adının işdə getdiyi, direktor tərəfindən "pandemiya məzuniyyəti”nə çıxmağa məcbur edildiyi son aylarda törədilən oğurluqlar onun üstünə yıxıla bilər. Çünki direktorun onunla "haqq-hesab” çəkmək niyyəıti var. Məsələ burasındadır ki, müəssisə rəhbərinin sakinlərin payını "qayçılaması” ilə barışmayan Anar fürsət tapan kimi qocalara çatası qış geyimini, dərman preparatlarını onlara paylanılmasını təşkil edib və vəzifəsindən irəli gələn bu qanuni işi görərkən S.Mehtiyevanın qərarını gözləməyib ki, bu da direktorun xoşuna gəlməyib.

Məsələ ilə əlaqədar münasibətini öyrənmək üçün Anarın özü ilə telefon əlaqəsi saxladıq. Anar eşitdiklərimizin çoxunun həqiqət olduğunu təsdiqlədi. Həmçinin bildirdi ki, S.Mehtiyevanın pansioanata rəhbərlik etdiyi müddətdə gördüyü işdəycələr onda ikrah hissi doğurduğundan, bu barədə danışmaq belə istəmir və yaxşı olar ki, bu məsələlərə Nazirlik özü araşdırıb lazımi qiymət versin.



Nazirliyin isə S..Mehtiyeva barədə ölçü götürməsi yolunda isə ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin direktoru Vüqar Behbudov kimi bir əngəl dayanıb. Son olaraq məlumatda qeyd olunur ki, S.Mehtiyeva ilə V.Behbudovu vazkeçilməz olan hansısa iri məbləğ birləşdirir. Bu barədə irəliləyən saylarımızda geniş məlumat verəcəyik

Mövzuya qayıdacağıq.

Heqiqetcarcisi.az

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər