Gündəm

Bayden administrasiyasına Qarabağ təklifi: SC3+2
ABŞ Prezidenti Co Baydenin vəzifədə 100 günü hələ tamam olmayıb, amma onun təhlükəsizlik və xarici siyasət komandası Yəməndən tutmuş Myanmaya qədər dünyanın bir sıra alovlu nöqtələrinə vaxt ayıra bilib. "Foreign Policy” dərgisində Daniel Baer Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinə necə kömək edə biləcəyindən yazır.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti geri ala bilib. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Müəllif qeyd edir ki, Bayden administrasiyasının Ermənistanla Azərbaycanı davamlı sülhə təşviq etməsinin dörd yolu var. Birincisi, atəşkəsin icrası üçün təzyiq göstərməkdir. "Tərəflərin Rusiya Prezidenti Vladimir Putinin iştirakıyla imzaladığı 9 noyabr sazişi ideal deyil. Ancaq yaxın perspektivdə atəşkəsin saxlanmasına alternativ yoxdur”, – yazan müəllif Vaşinqtonun həm də ATƏT komandasının fəaliyyətini dəstəkləməli olduğunu vurğulayır.

Humanitar fəaliyyət, regional inkişaf strategiyası

İkinci məsələ humanitar və yenidən məskunlaşma fəaliyyətini dəstəkləməkdən ibarətdir. Məqalədə deyilir ki, bu işə rəhbərlikdə Rusiya və Türkiyəyə bel bağlamaq olmaz, yerli inamyaratma tədbirlərini həyata keçirə biləcək QHT-lər və beynəlxalq qurumlara dəstək verilməlidir.

Üçüncü faktor regionu əhatələyən iqtisadi inkişaf strategiyası yürütməkdir. İnfrastrukturun inkişafına beynəlxalq sərmayə cəlb oluna, bu isə Ermənistanın, Azərbaycanın, eləcə də qonşu Gürcüstanın iqtisadiyyatını gücləndirər.

"ABŞ-ın Maliyyə naziri Canet Yellen gələn həftə beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik iclaslarında yüksək səviyyəli danışıqlarda bu regionu gündəmə gətirməlidir. Vaşinqton isə Avropa Birliyi və Cənubi Qafqazın üç hökuməti ilə işləyərək regional inkişafın çərçivəsini hazırlamalıdır. Obama administrasiyasının yaratdığı və Tramp administrasiyasının davam etdirdiyi C5+1 modeli Orta Asiyada regional məsələlər üzrə əməkdaşlığı nəzərdə tutur. Bu, yeni SC3+2 çərçivəsi üçün model ola bilər, üç Cənubi Qafqaz ölkəsi, Birləşmiş Ştatlar və Avropa Birliyini əhatələyər”, – məqalədə deyilir.

Nəhayət, dördüncü yol diplomatiyanı canlandırmaqdır. Müəllif ATƏT-in Minsk qrupunun fəaliyyətini dirçəltməyin vacibliyini, həmsədrlərdən biri olan ABŞ-ın səfir səviyyəsində çıxış etməli olduğunu yazır.

Azərbaycan Prezidenti İlham Əliyev isə Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu deyir. Ötən ilin dekabrında prezident Bakıda həmsədrlər ilə görüşündə onları səfərə dəvət etmədiyini, Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamadığını qeyd edib. "Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik”, – prezident vurğulayıb.
 //AZADLIQ RADİOSU//

Son xəbərlər

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Bütün xəbərlər