Gündəm
Gündəm / Siyasət
Putin Makron və Merkellə niyə görüşmədi? - Kreml
Liderlərin görüşü ilə bağlı Berlin və Parislə danışıqlara davam edirik.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov liderlərin görüşünün baş tutmaması ilə bağlı danışarkan deyib.
Onun sözlərinə görə, videokonfrans "Normandiya dördlüyü”nün tədbiri kimi hazırlanmır. Bununla yanaşı, Peskov Donbas böhranının müzakirəsini istisna etməyib:
"Əlbəttə ki, bu mövzu bir şəkildə gündəmdə olacaq. Ancaq mövzu yalnız bu deyil".
Qeyd edək ki, ötən gün Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert Putin, Makron və Merkelin görüşünün baş tutmadığını rəsmən elan etmişdi.