Gündəm

Nihat Əliyevin faciəli ölümü nədən QARA PİAR MƏLZƏMƏSİ oldu?
MUMtv.az xəbər verir ki, Bir neçə gün əvvəl İstanbuldakı otellərdən birində gənc azərbaycanlı biznesmen Nihat Əliyev faciəli şəkildə ölüb. Bundan dərhal sonra müxalif çevrələr və KİV-lər gəncin faciəli ölümü ətrafında spekulyasiya və manipulyasiya başlatdılar. Sosial şəbəkələrdə isə həmin hadisəyə aidiyyatı olmayan videogörüntülər yayıldı.

Dia.az bildirir ki, hadisənin təfərrüatlarını öyrənmək üçün haqqin.az İstanbul polisinə müraciət edib. Polisdən bildiriblər ki, hadisə silahla ehtiyatsız davranış nəticəsində baş verib. Belə ki, silahı təmizləyərkən təsadüfi atəş açılıb və gənci ölümcül yaralayıb.

Bu faciəli insidentin bütün şahidləri dindirilib. Onların ifadələrinə və həyata keçirilmiş istintaq tədbirlərinə əsasən biznesmenin öldüyü otel nömrəsində narkotik maddə aşkarlanmayıb. İstanbul polisindən əlavə ediblər ki, məhkəmə-tibbi ekspertizası həlak olan biznesmenin qanında narkotik maddənin izlərini aşkarlamayıb. Şahidlər də bildiriblər ki, onlar Nihat Əliyevin silahından açılan təsadüfi atəşin şahidi olublar.

İstanbul polisindən onu da bildiriblər ki, Nihat Əliyev yaralı halda xəstəxanaya aparılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Polis faciəyə səbəb olan silahın mərhum biznesmenə məxsus olduğunu təsdiqləyib, onun silahı gəzdirmək üçün qanuni icazəsi də olub.

KİV-lər onu da iddia edirdilər ki, həlak olan Nihat Əliyev SOCAR-da yüksək vəzifə tutur. Lakin SOCAR-dan haqqin.az-a bildiriblər ki, Nihat Əliyev heç vaxt bu şirkətdə işləməyib. Bu informasiyanı mərhumun ailə üzvləri də təsdiqləyiblər.

Bununla belə bəzi müxalif KİV-lər daha da irəli gedərək gəncin faciəli ölümünü internetin türk seqmentində yayılmış məlum videokadrlarla əlaqələndirməyə başlayıblar. İstanbul polisindən isə bildiriblər ki, əslində həmin videokadrlar İstanbulun Şişli rayonunda baş vermiş digər faciəli hadisəyə aiddir. İstintaq müəyyən edib ki, Şişlidəki otellərdən birində meyiti tapılan kişi və qadın 42 yaşlı Hiranur Korkmaz və 38 yaşlı Mehmet Osman Gürlekdir. Həmin otaqda narkotik maddə də tapılıb.

Həlak olan azərbaycanlı biznesmenin fotosu ilə həmin videoda görünən şəxsi müqayisə etmək kifayətdir ki, müəyyən qüvvələrin yaydığı yalan və təxribatın miqyasını təsəvvür edəsən. Haqqin.az redaksiyası Nihat Əliyevin ailəsinə övladlarının ölümü ilə bağlı başsağlığı verib və bəzi qüvvələrin gəncin ölümü ətrafında qurduğu çirkin kampaniyanı şərh etməyi xahiş edib.

"Bu dəhşətlidir ki, hansısa adamlar insanların faciəsi üzərində çirkli oyunlar qururlar. Biz övladımızı itirmişik. Bu dəhşətli faciədir və Allah heç kimə göstərməsin. Oğlumuzun xatirəsinə hörmətlə yanaşmağa və onun ölümü ətrafında bu çirkin oyunları dayandırmağa çağırırıq",-Əliyevlər ailəsindən bildiriblər.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər