Gündəm


MUMtv.az: - Dövlət idarəetməsində peşəkarlığın 2 meyarı varsa, biri mütləq şəffaflıqdır.

Və 2 qurum var ki, onlar siyasi hakimiyyətdən maksimum müstəqil olmaqla yanaşı son dərəcə şəffaf olmasını ölkənin strateji maraqları tələb edir (hakimiyyətlərin taktiki maraqlarına zidd olsa da).

Söhbət Mərkəzi Bank və Statistika qurumundan gedir. Mərkəzi Bankın "şəffaflıq" sözünə allergiyasının olması barədə dəfələrə yazmışam. Bu dəfə birini də yazım.

Bir sıra ölkələrin mərkəzi bankları müntəzəm olaraq "bank sektorunda likvidlik profisiti/defisiti" göstərcisinə dair informasiyaları detallı şəkildə hər kəs üçün açıq saxlayırlar. Azərbaycanda kimsə belə bir adda göstərici, onun dinamikasında və strukturunda baş verən dəyişikliklərə dair rəsmi izahatlar görübmü? MB-nin heç bir bülletenində qarşıma çıxmayıb. Başqa bir adda var, amma yarımçıq və qapalı formada.

Bank sektorunda likvidlik profisiti o zaman yaranır ki, kommersiya banklarının Mərkəzi Bankdakı resursları onların Mərkəzi Bankdan cəlb etdiyi resursları üstələyir. Bu iqtisadiyyat üçün neqativ situasiyadır - iqtisadiyyatın resurs tələbatı zəifdir. İqtisadiyyat inkişafa meylli deyil.

Bank sektorunda likvidlik defisiti isə bunun əksidir - bankların Mərkəzi Bankdakı resurslarından daha çox resursu həmin kanaldan cəlb etməsidir. Bu isə pozitiv situasiyadır - iqtisadiyyat inkişaf üçün resurs tələb edir, banklar qarşılaya bilmədikləri üçün MB-dən cəlb etməyə məcburdur.

Bizdə durum necədir? Nəhəng profisit var. Hazırda MB-nin kommersiya bankları qarşısında xalis tələbinin həcmi 7.2 mlrd. manata yaxındır. "Xalis tələb" dedikdə MB və kommersiya banklarının bir-birindən yerləşdirdiyi resursların saldosu başa düşülür.

MB-nin kommersiya banklarına təqdim etdiyi resursları bilirsiniz: valyuta svopları, repo əməliyyatları, mərkəzləşdirilmiş kreditləşmə çərçivəsində verilən resurslar.

Kommersiya banklarının MB-yə qarşı tələblərinin də təxmini strukturunu bilirsiniz: strelizasiya (depozit və not hərracları) əməliyyatları, ehtiyat normaları, bloklaşdırılmış əməliyyatlar çərçivəsində MB-də yerləşdirilən vəsaitlər, eləcə də MB-dəki müxbir hesablarda saxlanması mümkün olan resurslar.

Bəs niyə Azərbaycan Mərkəzi Bankı bu qarşılıqlı tələblərin strukturu ilə bağlı hər ayın sonuna statistika açıqlamağa, struktur likvidlik profistinin (yaxud defisitinin) hansı elementlər hesabına formalaşdığını görməyə imkan yaratmır? Eləcə də sadalanan göstəricilərdə baş verən dəyişikliklərə dair rəsmi şərhlər verməyə ehtiyac hiss etmir?

Bunlar ki, təhlillərdə siyasi sui-istifadə üçün əsas verəcək bir göstəricilər deyil. Məsələn, müxbir hesablardakı vəsaitlərin qalıqlarını açıqlayanda bunun hansı hissəsinin kommersiya banklarının bir-birilərində olan hesablarına, hansı hissəsinin MB-dəki müxbir hesablara aid olduğunu göstərəndə dövlət sirri yayılmış olurmu?

Ekspert //pravda.az//

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər