Gündəm


Tanınmış avtomobil şirkəti olan "Range Rover” Azərbaycan qanunlarını pozur. Belə ki, şirkət ölkədaxili ticarət mübadiləsi zamanı malının satışını, reklamını və ödəniş sistemini qanunvericiliklə məsuliyyət yaradan xarici valyuta olan dollarla həyata keçirir.

Halbuki Mülki Məcəllənin tələbinə görə, malların qiymətləri istər satış zamanı, istərsə də reklam olunarkən manatla göstərilməlidir.

Son günlər qeyd olunan şirkətin rəsmi saytında, İctimai Televiziya və Radio Yayımları Şirkətinin 90 FM dalğasında, eləcə də digər kütləvi informasiya vasitələrində "Range Rover” avtomobilinin dollarla satışı reklam olunur.

Təxminən 79 min dollara təklif olunan avtomobilin KİV-lərdə, xüsusilə isə 90 FM-də günlərdir ki, açıq reklamı gedir. KİV-də reklam fəaliyyətinin tənzimlənməsi, "Reklam haqqında” qanunu, Azərbaycan Konstitusiyasını, İnzibati Xətalar Məcəlləsini, eləcə də Dövlət Vergi Xidmətinin tələblərini kobud şəkildə pozan media qurumlarının bu addımı ciddi müzakirələrə yol açıb.

Hüquqşünaslar qanunvericiliyin müvafiq müddəalarını pozan şirkətin və dollarla reklamı gedən media qurumlarının cəzalandırılması tələbi ilə çıxış ediblər.

Azərbaycanda buna bənzər hallar kifayət qədərdir. Amma malların dollarla təklif olunmasına görə heç kəs məsuliyyət daşımır.

"Range Rover”in satışının KİV-də təşkili və dollarla reklam olunması Milli Televiziya və Radio Şurasının (MTRŞ) cavabdehliyində və birbaşa səlahiyyətində olan məsələdir.

Bəs açıq təbliğat niyə görməzdən gəlinir? Yuxarıda adı çəkilən qurumların heç biri isə məsələyə aydınlıq gətirməyib.

Valyuta.Az xəbər verir ki, suallara cavab almaq üçün bizim.media-nın əməkdaşı Milli Televiziya və Radio Şurası ilə əlaqə yaradıb. Bayram günü ilə əlaqədar işləmədikləri üçün qurumdan cavab verən olmayıb.

Məsələnin hüquqi izahını verən Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bizim.media-ya açıqlamasında televiziya və radio kanallarında qanunlara riayət olunmasına Milli Televiziya və Radio Şurasının cavabdehlik daşıdığını xatırladıb:

"Qeyd olunan məsələdə bu Şura cavabdehdir və səlahiyyəti var. Şura həmin KİV-ə ya xəbərdarlıq, ya da əməkdaşlarına İnzibati Xətalar Məcəlləsi ilə protokol tərtib edə bilər. Görünür müvafiq qurumlar sözügedən məsələyə reaksiya vermirlər.

Müxtəlif saytlarda satışla bağlı manatla yanaşı dollar da göstərilir. Onlar bunu onunla əsaslandırırlar ki, qiymətin davamlılığı üçün satış qiyməti dollarla qeyd olunur. Təbii ki, bu, qanuna ziddir.

Qanun tələb edirsə, buna riayət edilməlidir. Ölkədaxili dövriyyələrdə manatdır və bütün satışlarda, elanlarda bu pul vahidindən istifadə olunmalıdır”.

Qeyd edək ki, Azərbaycanda Konstitusiyaya əsasən ödəniş vasitəsi kimi yalnız milli pul vahidi olan manatdan istifadə olunur. Konstitusiyanın 19-cu Maddəsində yazılır:

1. Azərbaycan Respublikasının pul vahidi manatdır.

2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.

3. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

2015-ci il mayın 15-də qüvvəyə minmiş "Reklam haqqında” qanunun 4-cü maddəsinin (Reklama dair tələblər) 4.9 bəndinə əsasən reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir. "Reklam haqqında” qanunda yazılıb ki, bütün məhsulların qiymətləri milli valyutada göstərilməlidir.

Bundan əlavə Azərbaycanda "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanun da fəaliyyət göstərir.

Bu qanunun istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnu ifadə edən 13-cü maddəsində göstərilib ki, satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir.

Mövzunu diqqətdə saxlayacağıq.

Yazıda adları çəkilən tərəflərin mövqelərini dərc etməyə hazırıq.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər