Gündəm


"COVİD-19 ən uzun RNT genomuna (30 mindən çox aminturşu) malik olduğundan, bu virus sürətli mutasiyaya məruz qala bilməz".

Cebhe.info xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

O bildirib ki, hər ay onun sələfindən müəyyən genom fərqliliyi göstərən yalnız 2 ştammı əmələ gələ bilər: "Hazırda bu cür ştammların sayı 30 olsa da, onların içərisində xüsusi maraq doğuranı 3 mutant ştammdır:

1. VOC202012/01. Britaniya ştammı, 106 ölkədə yayılıb. 2. 501.Y. Cənubi Afrika ştammı, 56 ölkədə yayılıb.

3. p.1. Bu ştamm Brazilya və Yaponyada tapılıb, 29 ölkədə yayılıb.

COVID-19-un yüzlərlə mutantının olması və ya yaranacağı haqqında söylənilənlər isə ilkin olaraq Çinin Uxan şəhərində tapılan ştammdan nöqtə mutasiyası nəticəsində əmələ gələn və praktik olaraq ondan fərqlənməyən serotiplərdir.

3 mutant ştammdan daha çox qorxulu olanının Britaniya ştammı olduğu bildirilir. Hazırda Avropa Birliyi ölkələrində bu ştamm bütün digər ştammları üstələyərək, ön sıraya çıxıb".

Professor xatırladıb ki, ciddi genom fərqliliyi olan bütün mutant ştammlar, sələfindən farmakoloji xüsusiyyət və klinik əlamətinə görə fərqlənə bilər:

"Məsələn, RO indeksi kəskin yüksək ola bilər, törətdiyi klinik əlamətlərdən biri daha qabarıq şəkildə özün göstərər, daha uzun müddət davam edə və daha üzücü gedişli ola bilər və s. Lakin letallıq əmsalı heç bir halda xələfindən "mütləq yüksək” ola bilməz. Çünki bütün mutasiyalar virusun orqanizmlə simbioz yaşamasına xidmət edir. Kəskin genom fərqliliyi göstərən "aqressiv” mutantın əmələ gəlməsinə isə, ən azı 8-10 il vaxt lazımdır.

Düzdür, burada müəyyən istisnalar da var ki, o da insanları qorxutmamalıdır. Hazırda Almaniyada yaşayan alimimiz Nuran Abdullayev də xəbərdarlıq edir ki, Britaniya ştammının yoluxdurma riski 1/3, letallıq əmsalı isə 1,5/3 nisbətində ilkin serotipdən yüksəkdir".

Onun sözlərinə görə, Britaniya ştammının letallıq göstəricisi lokal xarakter daşımalıdır:

"İstənilən infeksiya və xəstəliyə yoluxma, dərman müdaxiləsi və orqanizmin bu müdaxiləyə cavab reaksiyasında cinsi, irqi, etnik, milli, coğrafi-ərazi və ekvator xəttinə münasibətdə çox ciddi fərqliliklər mövcuddur. Yəni bunlar, Qərb ölkələrilə Şərq ölkələrində və ya Şimal qonşu dövlətlər ilə ekvatora yaxın ölkələrdə heç vaxt eyni şəkildə ola bilməz. Bu fərqlilik, xüsusən 11 iqlim qurşağına münasibətdə daha qabarıq şəkildə özünü göstərir. Mənim söylədiklərimi Şərqi Avropa ölkələrindən Avstraliya və Hollandiyada aparılan son klinik tədqiqatlar birbaşa təsdiq edir. Bu tədqiqatlar sübut edir ki, son bir ildə COVİD-19-dan ölüm faizi Şərqi Avropa ilə müqayisədə, Qərbi Avropada 9,92 dəfə çox olub, xəstəliyin gedişi isə daha uzunmüddətli və üzücü olub. Məlumdur ki, Böyük Britaniya Şimali-Qərbi Avropada yerləşir və iqlim şəraiti viral infeksiyalar üçün əlverişlidir. Müqayisəli təhlil göstərir ki, Britaniya ştammının RO indeksi və letallıq göstəricisi yalnız yaxın qonşularını əhatə etməklə, lokal xarakter daşımalıdır".

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər