Gündəm

Qarabağda patrul xidməti:
"İsrail-Türkiyə yaxınlaşmasında Azərbaycan faktorunu da unutmaq olmaz. Azərbaycanın hər iki ölkə ilə hərbi, siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə çox güclü əlaqələri var. Qarabağdakı 44 günlük müharibədə tək Türkiyə yox, İsraildən alınan silahlar da geniş istifadə olundu. Sadalanan bu amillər Azərbaycanın Türkiyə və İsrail arasında bağlayıcı rol oynamasına imkan verir”.

Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini "qatil” adlandırdı. Bildirdi ki, Putin son prezident seçkisinə müdaxiləsinin əvəzini ödəyəcək. Bayden Putinə qarşı niyə belə kəskin ifadə formasını seçdi, "əvəzini ödəyəcək” deyəndə nəyi nəzərdə tutur?

- Nəhayət Bayden uzun fasilədən sonra müsahibə verdi. Bayden suallardan birinə cavabında bildirdi ki, son prezident seçkisinə Donald Trampın xeyrinə müdaxilə edənlər cəzalandırılacaq. Bu ittihamını da rusiyalı həmkarına yönəltdi və onu "qatil” adlandırdı. Baydenin keçmiş prezident Barak Obama ilə eyni platformada olduğunu bilirik. Yəni onlar Trampdan fərqli olaraq, Rusiyaya qarşı daha kəskin münasibət sərgiləyir. Bayden Obamanın Rusiyaya qarşı sərt siyasətini davam etdirir. Trampın isə Putinə rəğbəti vardı və onun bu münasibəti birmənalı qarşılanmırdı. Hətta onun 2016-cı ildə seçilməsində Putinin rolunun olduğu deyilirdi. Belə bir hal Amerika siyasəti üçün qəbuledilməzdir. Çünki ABŞ və Rusiya həmişə "soyuq savaş”ın içindədir.

Baydenin Putin və onun yaxın ətrafına qarşı ittihamları onun ümumən Rusiyaya olan münasibətindən qaynaqlanır. Putin bu gün dünyanın ən ağıllı siyasətçilərindən biri kimi qəbul edilir. Əlbəttə, Putin təcrübəli siyasətçidir. Təbii ki, ABŞ da bunları nəzərə alaraq Rusiya ilə münasibətlərdə ehtiyatlı davranmağa məcbur olur. Baydenin bu açıqlaması gələcəkdə Rusiyaya yeni sanksiyaların tətbiq olunacağından xəbər verir. Bu sanksiyaların əsas diqqət mərkəzinin Putin və onun ailəsinin, habelə yaxın ətrafındakı adamlar və oliqarxların olacağı istisna deyil. Onsuz da Rusiya və ABŞ arasında həmişə "soyuq müharibə” olub.

Rusiyanın yürütdüyü xarici siyasət, xüsusən də Çin, Türkiyə kimi dövlətlərlə işbirliyi ABŞ tərəfindən qəbul olunmur. Bayden bu istiqamətlərdə də Rusiyanın qarşısını almağa çalışacaq. ABŞ bu məqsədlə Rusiya iqtisadiyyatını çökdürmək üçün əlindən gələn hər şeyi edəcək. Bir sözlə, iki güc arasında əzəli rəqabətin davam edəcəyini düşünürəm. Amma bu rəqabət sanksiyalar və diplomatik mübarizədən o tərəfə keçməyəcək.

- Son günlərdə İsraildən Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı açıqlamalar verilir. İsrailin energetika naziri Yuval Steynitzdən sonra Baş nazir Binyamin Netanyahu da Türkiyə ilə əməkdaşlıqdan danışıb. Elə Türkiyədən verilən son açıqlamalarda da yumşalma meylləri hiss olunur. Türkiyə-İsrail münasibətlərindəki bu yaxınlaşma nədən qaynaqlanır?

- Artıq bir müddətdir İsrail-Türkiyə münasibətlərinin normallaşması haqda qarşılıqlı bəyanatlar verilir. Məlumdur ki, Türkiyə bu gün Yaxın Şərqin ən güclü dövlətlərindən biridir. İsrail də güclənməyə, bölgədə söz sahibi olmağa doğru gedən bir ölkədir. Əlbəttə, tarixin müəyyən mərhələlərində bu iki ölkə arasında soyuq münasibətlər özünü göstərib. Çünki Türkiyə həmişə bölgədəki müsəlman dövlətlərinə dəstək verib. İsrailin isə Fələstin məsələsində bu dövlətlərlə kəskin fikir ayrılıqları var. Amma Donald Trampın fəal səyləri nəticəsində İsrail ərəb ölkələri ilə anlaşmağa, sövdələşmə imzalamağa başlayıb. Belə desək, müsəlman-ərəb ölkələri ilə İsrail arasında bir balans yaranır. Bu balans da Yaxın Şərqdə gedən proseslərdə özünü göstərir. Türkiyə də Yaxın Şərqdə regional oyunçu olaraq Suriya, Liviya və İraqdakı proseslərdə fəal iştirak edir, antiterror əməliyyatları keçirir. Bu baxımdan, Yaxın Şərqin iki önəmli geosiyasi oyunçusunun anlaşması normaldır.

İsrail-Türkiyə yaxınlaşmasında Azərbaycan faktorunu da unutmaq olmaz. Azərbaycanın hər iki ölkə ilə hərbi, siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə çox güclü əlaqələri var. Qarabağdakı 44 günlük müharibədə tək Türkiyə yox, İsraildən alınan silahlar da geniş istifadə olundu. Sadalanan bu amillər Azərbaycanın Türkiyə və İsrail arasında bağlayıcı rol oynamasına imkan verir.

Ümumən, İsrail və Türkiyə arasındakı bu yaxınlaşma Yaxın Şərqdə gedən son proseslərlə əlaqədardır. Türkiyə regional güc olaraq Yaxın Şərqdəki fəaliyyətini getdikcə genişləndirir. Bu yaxınlaşmanın Fələstin və digər regional məsələlərin həllinə təkan verəcəyini düşünürəm.

Onu da qeyd etmək lazımdır ki, həm İsrail, həm də Türkiyə ABŞ-dan dəstək alır. "S-400” və "F-35”lərlə bağlı aralarında müəyyən anlaşılmazlıqların olmasına baxmayaraq, ABŞ və Türkiyə NATO-da müttəfiqdirlər. Bu səbəbdən üst-üstə düşən bir çox maraqlar var. İsrailin də ABŞ-ın xarici siyasətində təsirli rolu mövcuddur. Xüsusən də ABŞ-dakı yəhudi lobbisinin buradakı fəaliyyətini qeyd etmək lazımdır. Bütün bu amillər və ortaq maraqlar Türkiyə və İsrail arasında yaxınlaşmanı şərtləndirir.

- Bəs Misir, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələr niyə Türkiyə ilə münasibətləri gərginləşdirmək yolu seçib?

- Həmin ölkələrin Türkiyə ilə münasibətlərində gərginliyin olduğu hər kəsə bəllidir. Bu ölkələri qarşı-qarşıya gətirən əsas amil Aralıq dənizinin şərqi ilə bağlı durumdur. Misir, Yunanıstan və bölgənin digər ölkələri bu su hövzəsindəki enerji uğrunda mübarizədə Türkiyəyə qarşı eyni mövqedə durublar. Ümumiyyətlə, müsəlman-ərəb dövlətləri heç vaxt Türkiyənin İslam dünyasının lideri olmasını istəməyiblər. Bu baxımdan, Türkiyənin İslam dünyasında artan nüfuzu, bu coğrafiyada həyata keçirdiyi beynəlxalq layihələr, getdikcə regional gücdən qlobal gücə çevrilməsi həmin ölkələri narahat etməyə bilməz. Amma buna baxmayaraq, Türkiyə İraq, Suriya və Liviyada gedən proseslərdə açar fiqurlardan biridir. Bura Aralıq dənizinin şərqi də daxildir. Ərəb dövlətləri də Türkiyənin artan nüfuzunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə edirlər. Amma həmin ərəb ölkələri böyük maliyyə imkanlarına sahib olmalarına baxmayaraq, Türkiyəyə qarşı atdığı addımlardan effektli nəticələr ala bilmirlər.

- Hazırda Türkiyə və Rusiya Qarabağda birgə monitorinq mərkəzində fəaliyyət göstərir. Rusiya Müdafiə naziri Sergey Şoyqu bu mərkəzin fəaliyyəti haqda bunun çox çətin əməliyyat olduğunu bildirib. Şoyqu bunu deyəndə nəyi nəzərdə tutur, söhbət Türkiyə ilə birlikdə olmağın çətinliyindən gedir, yoxsa ümumən bu işin mürəkkəbliyindən?

- Qarabağdakı Rusiya sülhməramlıları öz missiyasının öhdəsindən lazımi qədər gəlmir. Bu gün ermənilər sülhməramlıların nəzarət etdiyi Laçın dəhlizi vasitəsilə Qarabağa hərbi qüvvə daşıyırlar. Mülki insanları da "oranın vətəndaşı” kimi Qarabağda yerləşdirirlər. Rus sülhməramlıları da bunları bilərəkdən görməzdən gəlir. Buna görə də Türkiyənin bölgədə olması Azərbaycan üçün vacibdir. Bizə lazımdır ki, Türkiyə meydanda olsun. Türkiyə hərbi qüvvələrinin patrul xidmətində yer alması separatçıların yenidən silahlanmasının qarşısını ala bilər. Türkiyə bununla həm də Rusiya sülhməramlılarının fəaliyyətinə nəzarət imkanı əldə edəcək. Hulusi Akar və digər Türkiyə rəsmiləri dəfələrlə Rusiya sülhməramlılarının anlaşmaları pozduğunu deyiblər. Bu baxımdan, Azərbaycanın maraqlarını müdafiə edən Türkiyə məcburdur ki, hansısa nöqtədə Rusiya ilə üz-üzə qalsın.

Şoyqunun səsləndirdiyi fikrə gəldikdə, əvvəlki illərlə müqayisədə hazırda Rusiya-Türkiyə münasibətləri daha güclüdür. Amma buna baxmayaraq, Rusiya və Türkiyə tarixin heç bir dövründə dost olmayıblar. Şoyqunun demək istədiyi də budur. Rusiya hər nə qədər Qarabağda sülhməramlı missiya yerinə yetirdiyini desə də, ermənilərə dəstək verir, Türkiyə isə buna qarşı Azərbaycanın yanındadır. Yəni bölgədə balansın qorunması üçün Türkiyənin orada olması son dərəcə önəmlidir.

Son xəbərlər

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Bütün xəbərlər