İranda ötən sutka ərzində 61 nəfər koronavirusdan (COVID-19) ölüb.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 60 928 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 8 606 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 715 162 nəfərə çatıb. Virus daşıyıcılarından 3 823 nəfərin vəziyyəti ağır qiymətləndirilir.