Gündəm

 “Paşinyan söz eşitməsəydi, çıxış etdiyi meydanda güllələnə bilərdi” – Aleksandr Sıtin
 
 
 

 
 
 
Ermənistandakı son mitinqlər həm müxalifət, həm də Paşinyan üçün göstərici oldu. Nəticə açıq şəkildə müxalifətin lehinə olmadı. İrəvanın mərkəzi küçələrində daha çox insan toplayan Baş nazir, müharibədə məğlub olmasına və təslim olma aktına imza atmasına baxmayaraq, erməni cəmiyyətinin müxalifətdən daha çox hakimiyyətdə onu görməyə üstünlük verdiyini göstərdi. Və bu, Ermənistan müharibə partiyasının – "Qarabağ klanı”nın bütün mümkün daxili və xarici resurslarının Paşinyana qarşı səfərbər edilməsinə baxmayaraq, baş verdi.

Ermənistanda baş verən siyasi qarşıdurmaları AYNA-ya şərh edən "North&Eastern Europe Research Political Center”in rəhbəri, rusiyalı politoloq Aleksandr Sıtin, Ermənistanın tamamilə asılı bir dövlət olduğunu söyləyib: "Siyasəti diasporun müəyyən bir maliyyə və siyasi təsiri ilə müəyyən edilir, lakin bu təsirin siyasi komponenti haqqında heç bir şey bilmirik. Siyasi və hərbi elitanın tərkibinə aid olan hər şeydə Rusiyanın mövqeyi həlledicidir. Bildiyiniz kimi, "çıxış günü”ndən az əvvəl Putinlə Paşinyan arasında telefonda bir söhbət oldu”.

Analitik əmindir ki, Paşinyana, sadəcə nə etməli və hansı siyasət yürütməli olduğu deyildi: "Əks halda özünün meydanda güllələnmə arzusunun həyata keçə biləcəyi bildirildi. Deyəsən, Paşinin hər şeyi başa düşdü və başa düşmədiyi təqdirdə, ona qarşı güclü etirazlar hər an bərpa edilə bilər. Hər halda, erməni məsələlərində bir şey başa düşmək istəyənlər üçün hər zaman nəzərə almaq lazımdır ki, İrəvan ən azı fundamental məsələlərdə Moskvanın diktəsi altında yaşayır. Ermənistanın heç bir müstəqil daxili və ya xarici siyasət ola bilməz”.

Sıtinə görə, Rusiyada bu qədər çox danışıldığı Ermənistana ABŞ-ın təsiri daha çox mənəvi mahiyyət daşıyır və ciddi bir siyasi, hətta güc bazasına sahib deyil: "Göründüyü kimi, Paşinyan Moskvaya lazımi təminatları verdi və indiyə qədər Baş nazirə Lukaşenkonun misalında Kremlin təlimatından çıxmaq halında, nələrin baş verdiyini göstərərək, onu Qarabağla bağlı razılaşmanın qarantı kimi qoymağa qərar verdilər”.

"Kreml Ermənistanda hər şey edə biləcək gücdədir. Ənənəvi siyasi elita Rusiya Federasiyasının Xarici Kəşfiyyat İdarəsi ilə hərtərəfli bağlıdır. Mən Ermənistanın hərbi sistemi haqqında daha az məlumata malikəm, amma, bildiyimə görə, o, Rusiya ilə daha da çox əlaqəlidir. Buna görə Paşinyan, yalnız Kreml onunla maraqlandığı müddətdə vəzifəsində qalır. Və o, bu gün Kremlə yalnız Qarabağla bağlı razılaşmanın imzası və qarantı olaraq və ABŞ-ın özünə simpatiyasına baxmayaraq, hər halda Rusiyanın ehtiyac duyduğu və bölgədə (Rusiya) qeyd-şərtsiz təsirini qoruyan siyasəti davam etdirmək məcburiyyətində qaldığı üçün maraqlıdır”, - deyə analitik fikrini yekunlaşdırıb.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər