Gündəm
Gündəm / Dünya
Ermənistanın baş naziri postuna vahid namizəd istintaqa çağırılıb
Ermənistan müxalifətinin yaratdığı "Vətənin xilası uğrunda hərəkat”ın baş nazir postuna vahid namizədi Vazgen Manukyan martın 4-də Ermənistan İstintaq Komitəsinə çağırılıb.
Məlumatı "Lragir” yayıb.
Bildirilib ki, o, "hakimiyyəti ələ keçirməyə”, "ölkənin ərazi bütövlüyünü pozmağa” və "konstitusiya quruluşunu” güc yolu ilə dəyişməyə çağırış etməkdə ittiham olunur.