Gündəm
Gündəm / Hadisə
Bakıda fərdi yaşayış evində yanğın olub
Bakıda fərdi yaşayış evində baş verən yanğın söndürülüb.
Bu barədə "Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.
10.29
Bakıda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Bu barədə "Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata görə, evin mansardası yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.